Ekspertlər pandemiyanın AFR iqtisadiyyatına vurduğu ziyanı qiymətləndiriblər
Berlin, 25 may, AZƏRTAC
Ekspertlərin hesablamalarına görə, ehtiyatsızlıq üzündən yenilmiş bir yarasa Almaniya iqtisadiyyatına 330 milyard avro ziyan vurub.
AZƏRTAC xəbər verir ki, bu rəqəm mayın 25-də Almaniyanın aparıcı kütləvi informasiya vasitələrində dərc edilib. İl yarımdır davam edən pandemiya nəticəsində Almaniyanın ümumi daxili məhsulunun dəyəri üçdəbir trilyon avro qədər azalıb. Mütəxəssislər hesab edirlər ki, koronavirus pandemiyası nəticəsində yaranmış tənəzzüldən sonra Almaniya iqtisadiyyatının dirçəlməsi üçün uzun illər lazım gələcək.
Bu ölkənin məruz qaldığı itkiləri tarazlamaq və makroiqtisadi struktur əyintilərini aradan qaldırmaq üçün bütün səylərini birləşdirməli olacaq.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]