EL ŞAİRİNİN YENİ KİTABI
Bu günlərdə el şairi Əli Məmmədovun “Bəxtim məni saldı səndən aralı...” adlı kitabının doğma kəndində təqdimat mərasimi keçirilmişdir. Kitabda onun səmimi, kövrək, milli yaddaşımızdan boy verən könül çırpıntıları duyulan şerləri toplanmışdır.
Kitab Bakının “Adiloğlu” nəşriyyatında çap olunmuş, filologiya elmləri doktoru, professor Valeh Hacılar və filologiya elmləri namizədi Arif Əmrahoğlu ona rəy vermiş, şair Rafiq Hümmət redaktorluq etmişdir. Ə.Məmmədovun yaradıcılıq nümunələrini Cambul Məmmədli və Nizami Məmmədzadə toplamışlar. Kitabın təqdimat mərasimində Əli Məmmədovun həmyerliləri onun xatirəsini anıb, belə xeyirxahlıq göstərmiş insanlara minnətdarlıqlarını bildirmişlər.