Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elçin Babayev: elm, təhsil və innovasiya gənclik üçün gələcəyə açılan geniş qapılardır

Elçin Babayev: elm, təhsil və innovasiya gənclik üçün gələcəyə açılan geniş qapılardır

Bakı, 2 fevral, AZƏRTAC

Azərbaycanda son illər elmin inkişafına, yeni texnologiyaların, kosmik sənayenin inkişafına böyük diqqət yetirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, intellektual inkişafın təkanverici amili olan həmin sahələr xüsusən gənclərlə bağlıdır. Yəni burada təhsil və bilik ön plandadır. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu qarşıda duran bu ümdə vəzifələrin reallaşdırılması, gənc alimlərin müasir dövrün çağırışlarına cavab verən tədqiqatlarının stimullaşdırılması istiqamətində mütəmadi iş aparır. AZƏRTAC Fondun icraçı direktoru Elçin Babayevin bununla bağlı qeydlərini təqdim edir.

Elm, təhsil və innovasiyalar - bilik, savad, müasirlik gənclik üçün gələcəyə açılan geniş qapılar və müstəqilliyin zəmanəti deməkdir. Prezident İlham Əliyev sosial-iqtisadi inkişafın yeni və mürəkkəb mərhələsində ölkənin intellektual gələcəyini təmin etməyin yolunu məhz bu sahələrin inkişafında, onların müasir tələblər səviyyəsinə çatdırılmasında və həmin proseslərdə gənclərin böyük potensialından rasional istifadədə görür. Azərbaycanın innovasiyalı inkişaf strategiyası qlobal rəqabət şəraitində ölkənin elmi potensialının davamlı şəkildə yüksəldilməsini, gənc, yaradıcı, yüksək intellektual səviyyəli insanların istedadından maksimum şəkildə istifadə olunmasını zəruri edir.

Təsadüfi deyil ki, Azərbaycan gəncləri daim dövlətin diqqət mərkəzindədir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi və elmi-mədəni inkişafı ilə sıx əlaqədədir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla, yeni çalarlarla davam etdirilir.

Dövlətin gənclər siyasəti - yeni nəslin öz bilik və bacarıqlarının, potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını, cəmiyyətə xidmətini təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən kompleks tədbirlər sistemidir. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bu istiqamətdə qarşıya çıxan problemlərin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, həmçinin beynəlxalq aləmə inteqrasiyasını sürətləndirmək dövlətin bu gün qarşıya qoyduğu əsas prioritetlər sırasında yer alır.

Gənclərin intellektual yüksəlişinə sərmayə qoyulması, onların fərdi keyfiyyət və qabiliyyətlərinin inkişafı, nanotexnologiyaları və digər müasir texnologiyaları dərindən mənimsəmiş yeni alimlər sinfinin yaradılması, intellektin milli inkişafda prioritet amil kimi müəyyənləşdirilməsi hazırda ölkədə elmin inkişafı üzrə strategiyanın qarşısında dayanan əsas vəzifələrdən biridir.

Dövlətimizin başçısı İlham Əliyev də çıxışlarında daim vurğulayır ki, iqtisadi resursların insan kapitalının inkişafına yönəldilməsi yolu ilə formalaşan yeni təfəkkürlü intellektual elita ölkənin perspektiv inkişafının əsas aparıcı qüvvəsi kimi çıxış edəcək. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, ixtisaslı kadrların hazırlanmasına qoyulan investisiyalar insanın formalaşmasına qoyulan investisiya sayılır. Müasir dövrdə bu növ investisiyalar rəqabətdə üstün olmağın həlledici amilidir. Məhz bu hədəfin reallaşdırılması məqsədilə son illərdə gənclərin elmə daha çox cəlb olunmasına, onların xarici ölkələrdə ali təhsil almasına və təcrübə keçməsinə, yəni yüksək ixtisaslı kadr kimi formalaşmasına, sosial problemlərinin həllinə imkan yaradan mühüm dövlət proqramları hazırlanıb, onlarla sərəncam və fərman imzalanıb.

Son illər ölkənin ictimai-siyasi, elmi-mədəni həyatında gənclərin fəal iştirakı, yeni uşaq, tələbə və gənclər təşkilatlarının formalaşması və onların inkişafı üçün hər cür şəraitin yaradılması, gənclərin sosial problemlərinin həlli, beynəlxalq əməkdaşlıq sahəsində layihələrinin həyata keçirilməsi, gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin qurulması, Azərbaycanda bununla bağlı mötəbər tədbirlərin, forumların keçirilməsi, daşıyıcısı gənclər olan mədəniyyətlərarası dialoqun təşkili istiqamətində qətiyyətli addımlar atılıb, mühüm qərarlar qəbul edilib. Həmçinin Gənclər Fondu yaradılıb, Prezident mükafatı təsis edilib.

Bütün bunlarla yanaşı, ölkə gənclərinin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakı, elmi, intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi müasir dövrün tələbi olaraq qalır.

Bu mənada, Prezident İlham Əliyevin müxtəlif sahələrdə uğurlar qazanmış gənclər, könüllülər, sahibkarlar, gənc alimlər, tələbələr və müxtəlif gənclər təşkilatlarının nümayəndələri ilə keçirdiyi mütəmadi görüşlər, qəbullar xüsusi əhəmiyyət kəsb edir. Bu görüşlər zamanı dövlətimizin başçısı gənclərin arzu və istəklərini dinləyir, ideyaları ilə tanış olur, lazımi tapşırıqlar verir, tövsiyələrini çatdırır. 2016-cı il yanvarın 29-da Prezident İlham Əliyevin Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə keçirdiyi səmimi görüş, gəncliklə bağlı proqram xarakterli çıxışı böyük maraq və rezonans doğurub. Prezident müasir dövrdə təhsilin və elmin ölkənin inkişafında həlledici rolunu diqqətə çatdıraraq deyib: “...Elmin, təhsilin inkişafı, infrastruktur layihələrinin icrası - bütün bunlar ölkəmizi gücləndirir... Əlbəttə, mən çox istərdim ki, Azərbaycanda alimlər ixtiralar ortaya qoysunlar, dünya elminə töhfələr versinlər. Əminəm ki, bu, olacaq. Amma indiki dövrdə biz Azərbaycana qabaqcıl texnologiyaları gətirməliyik və kadr potensialı da hazırlanmalıdır ki, gələcəkdə texnoloji tərəqqidən kənarda qalmayaq. Bundan sonrakı dövrdə həm siyasi müstəvidə, həm də iqtisadi və hərbi sahələrdə texnologiyalar, bilik, savad hər şeyi həll edəcək. Bu gün artıq hərbi sahədə yeni texnologiyalar hər şeyi dəyişir. O qədər də böyük orduya malik olmayan ölkələr bəlkə də hərbi cəhətdən ən güclü ölkələrə çevrilir. Ona görə biz bu sahəni daim diqqət mərkəzində saxlamalıyıq. Ona görə Azərbaycanda elmin inkişafına, yeni texnologiyaların, İKT-nin, kosmik sənayenin inkişafına böyük diqqət verilir. Təkcə ona görə yox ki, biz bu sahəni yaradaq və onunla öyünək. Ona görə ki, bu, intellektual inkişafa təkan verir. Xüsusilə bu, gənclərə aiddir. Burada təhsil, bilik ön plandadır…”.

Prezident İlham Əliyev tərəfindən 2009-cu ildə yaradılmış Elmin İnkişafı Fondu dövlət əhəmiyyətli elmi layihələrin və digər tədbirlərin həyata keçirilməsini dəstəkləmək, aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan alimlər, fiziki şəxslər və yaradıcı elmi kollektivlərin, akademiya və təhsil sistemlərində fəaliyyət göstərən və digər dövlət və qeyri-hökumət təşkilatlarında elmi fəaliyyətlə məşğul olan elmi qurumların fəaliyyətini stimullaşdırmaq, onlara əlavə yaradıcılıq imkanları yaratmaq kimi vəzifələri yerinə yetirərkən məhz bu inkişaf strategiyasını rəhbər tutur, prioritetlərin reallaşdırılması üçün səylər göstərir.

Elmin İnkişafı Fondu fəaliyyətə başladığı ilk gündən etibarən qrant müsabiqələri yolu ilə ölkədə elmin inkişafını çevik şəkildə dəstəkləmək, Azərbaycanda əldə olunan elmi nəticələri ölkə hüdudlarından kənarda tanıtmaq, elmi təşkilat və qurumlarda elmi tədqiqatlarla bağlı maddi-texniki cihaz və avadanlıq bazasını ən müasir səviyyədə yeniləmək və ya gücləndirmək, eyni zamanda, gənc kadr hazırlığına xüsusi diqqət yetirmək, müxtəlif elmi tədbirləri təşkil edərək keçirmək, alimlərin xaricdə keçirilən elmi tədbirlərdə, qüsamüddətli təcrübə artırmada iştirakını təmin etmək, elmi nəşrləri dəstəkləmək və başqa bu kimi məsələlərin həllini bir məqsəd kimi müəyyənləşdirib. Bu zaman Fond ölkədə elmin inkişafına əlavə və effektiv stimul, çeviklik, yeni yanaşma gətirən bir qurum kimi akademik və təhsil sistemlərində və digər qurumlarda çalışan gənc alimlərin bir araya gəlməsinə, əməkdaşlıq etməsinə xüsusi şərait yaradır.

Prezident İlham Əliyev 2012-ci il yanvarın16-da Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı giriş nitqində Fondun işini müsbət qiymətləndirərək deyib: “... Qeyd etməliyəm ki, hazırda fəaliyyət göstərən Elmin İnkişafı Fondunun təcrübəsi də çox müsbətdir. Yəni, bu fondun xətti ilə müxtəlif proqramların icrasında, o cümlədən gənclər, gənc alimlər də çox fəal iştirak edirlər. Gənclər Fondu da fəaliyyətini bu səpkidə, yəni, bu istiqamətdə aparmalıdır....”.

Dövlətimizin başçısının 2015-ci il noyabrın 9-da AMEA-nın 70 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışından da bir sitat gətirmək yerinə düşər: “... Biz çox istəyirik ki, elmi inkişaf üçün daha da gözəl şərait yaradılsın. Bununla bərabər, elmin inkişafı üzrə milli strategiya və dövlət proqramı artıq beş-altı ildir ki, qəbul edilib və icra olunur. Hesab edirəm ki, Elmin İnkişafı Fondunun yaradılması da bu istiqamətdə atılan çox önəmli addımdır. Çünki bu Fond imkan yaradır ki, həm gənc alimlərə qrantlar verilsin, həm də elmi araşdırmalar aparılsın. Ümumiyyətlə, bu, əlbəttə, elmin inkişafına müsbət təsir göstərir...”

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı və bu Proqramın həyata keçirilməsi üzrə Tədbirlər planının 6.3.2 bəndinə əsasən, Elmin İnkişafı Fondu gənc alim və mütəxəssislər üçün müntəzəm olaraq qrant müsabiqələri keçirib və bu ənənə gələcəkdə də davam etdiriləcək. Ölkənin gənc alimləri qrant müsabiqələrində iştirakla yanaşı, Fondun digər müsabiqələrində də yaşlı və təcrübəli həmkarları ilə birlikdə - layihə üzrə yaradıcı kollektivlərin tərkibində elmi-tədqiqat işlərinin yerinə yetirilməsində xüsusi fəallıq göstərirlər. Xaricdə elmi tədbirlərdə və təcrübəkeçmədə iştirakı - kadr hazırlığını nəzərdə tutan “Mobillik qrantı” müsabiqələrinin qalibləri sırasında gənclərin xüsusi çəkisi də böyükdür. Fondun qrant layihələri çərçivəsində gənc alimlərə əlavə stimullaşdırıcı əməkhaqqı verilir, xaric ölkələrdəki tanınmış elmi qurumlara ezamiyyətlər (elmi müzakirələr, analizlər aparmaq, elmi cihazla işləməyi öyrənmək və s. məqsədlərlə) təşkil edilir, elmi tədqiqatlar üçün cihaz, avadanlıq, məmulatlar, İKT avadanlığı alınır, gənc alimlərin beynəlxalq konfransları təşkil edilir.

Xatırlatmaq istərdim ki, 2011-ci il noyabrın 10-da - Ümumdünya Elm Günündə Fond tərəfindən ölkə tarixində ilk dəfə olaraq gənc alim və mütəxəssislərin 1-ci qrant müsabiqəsi (35 yaşadək olan alim və mütəxəssislərin iştirakı ilə) elan edilmişdi. Müsabiqədən əvvəl bir qrup gənc alim və mütəxəssislə Elmin İnkişafı Fondunun icraçı direksiyasında keçirilmiş görüş və müzakirələrin nəticələri müsabiqənin elmi prioritetlərinin təyinində və müsabiqə şərtlərinin müəyyənləşdirilməsində həlledici rol oynamışdı.

Gənc alim və mütəxəssislərin ilk qrant müsabiqəsi çərçivəsində ümumi maliyyələşdirilmə həcmi 496 min manat olmaqla 25 layihə qalib gəlmişdi. Növbəti 2-ci müsabiqə 2013-cü il fevralın 2-də - Gənclər Günündə elan edilmiş, bu müsabiqə çərçivəsində qalib gəlmiş 24 layihənin yerinə yetirilməsi üçün 494 min manat məbləğində vəsait ayrılması qərara alınmışdı. Nəhayət, nəticələri 2015-ci ilin oktyabrda açıqlanmış 3-cü müsabiqədə isə ümumi maliyyələşdirilmə həcmi 480 min manat olmaqla, 23 layihə qalib gəlib.

Bu layihələr üzrə ən müxtəlif qurumlardan gənc alim və mütəxəssislər müvəqqəti yaradıcı kollektivlər şəklində elmi tədqiqatlarla məşğul olub və bir sıra elmi proqramları reallaşdırıblar. Üçüncü müsabiqə üzrə layihələr davam edir. Gənc alimlərin aldıqları elmi nəticələr nüfuzlu elmi jurnallarda dərc olunur, beynəlxalq konfrans və simpoziumlarda məruzə edilir. Gənclər son zamanlar multidissiplinar tədqiqatlara da xüsusi maraq göstərirlər.

Müsabiqədə qalib gələn layihə rəhbərləri və icraçıları müxtəlif dövlət qurumlarını, ali təhsil müəssisələrini, qeyri-hökumət təşkilatlarını, özəl qurumları təmsil edirlər. Fizika-riyaziyyat və texnika elmləri, Yer haqqında elmlər, biologiya, tibb və aqrar elmləri, kimya elmləri, humanitar və ictimai elmlər üzrə qalib layihələr sırasında fundamental-tətbiqi, axtarış-innovasiya, maddi-texniki təminat, ekspedisiya və çöl işləri, Azərbaycanda elmi tədbirin təşkili və keçirilməsi və xaricdə qısamüddətli təcrübəkeçmə xarakterli layihələr olub. Birinci müsabiqə üzrə layihə rəhbərləri və icraçıları arasında gender bərabərliyi müşahidə edilsə də (1-ci müsabiqədə “kişi/qadın” sayı 37/35), sonuncu iki müsabiqədə üstünlük qadınların tərəfinə keçib (18/43 və 19/30).

Layihələr Bakı şəhəri ilə yanaşı, Naxçıvan və Gəncə şəhərlərində də icra olunur. Sevindirici haldır ki, Fondun qrantlarından bəhrələnən gənc alimlər sırasında Prezident mükafatçısı, Gənclər və İdman Nazirliyinin, AMEA-nın yüksək təltiflərini almış şəxslər də var. Maraqlıdır ki, gənc alim və mütəxəssislərin qrant müsabiqəsində “uğur dərəcəsi” (daxil olan və qalib olan layihələrin nisbəti) yüksəlir, bir qayda olaraq 30-50 faiz arasında dəyişir. Ənənəvi müsabiqələr üçün bu rəqəm daha aşağı olur.

Prezident İlham Əliyevin Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə keçirilmiş görüşündə “startup” layihələri, texnologiyaların transferi kimi məsələlər qaldırılıb. Elmin İnkişafı Fondunun bu sahədə də müəyyən təcrübəsi formalaşıb. Dövlətimizin başçısının 2013-cü il 28 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın 29-cu bəndinə əsasən, “İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi” məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 3 qrant müsabiqəsi keçirib, 2-ci İKT müsabiqəsi üzrə gənclərin də iştirak etdiyi bir sıra “startup” layihələrini dəstəkləyib.

Fondun maliyyələşdirdiyi “Elmi-tədqiqat işlərinin kommersiyalaşdırılmasının səmərəliliyinin artırılması məqsədi ilə innovativ texnologiyaların işlənilməsi və tətbiqi” adlı beynəlxalq layihə çərçivəsində ukraynalı mütəxəssislərlə birlikdə Azərbaycan Texniki Universitetində və hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində texnologiyaların transferi, biznes inkubatorları, innovasiyalar və elmi nəticələrin kommersiyalaşdırılması üzrə Ukrayna, İsrail və digər ölkələrdən olan beynəlxalq statuslu trenerlərin köməyi ilə keçirilən xüsusi kurslarda kifayət qədər gənc iştirak edib, sertifikat alıb.

Qeyd etmək lazımdır ki, Elmin İnkişafı Fondunun icraçı direksiyası gənc qrant iddiaçılarına kömək məqsədilə məsləhət seminarları da təşkil edir. Müsabiqəyə daxil olmuş layihələrin ideyalarının obyektiv formada orijinal ifadəsi (elektron və kağız daşıyıcılarda) və layihələrin əqli nəticələrinin müəlliflik hüququ qorunmaq məqsədilə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində müvafiq qeydiyyatdan keçirilir. Layihələrin texniki və elmi ekspertizası işinə Elmin İnkişafı Fondunun daimi ekspertləri və müstəqil elmi ekspertlər, həmçinin xarici ekspertlər cəlb olunur.

Digər tərəfdən, istedadlı gənc alimlər özləri müstəqil elmi ekspertlər qismində (əməkhaqqı ödənilməklə) Fondun elmi ekspertiza fəaliyyətinə cəlb olunurlar. Bu da onlar üçün əlavə maddi və mənəvi stimuldur.

Fond gənc alimlərin qrantlar yolu ilə dəstəklənməsi prosesində AMEA və Gənclər və İdman Nazirliyi ilə sıx əməkdaşlıq edir.

Tədbirlər planının 6.3.1 bəndinə əsasən, Elmin İnkişafı Fondu tərəfindən Azərbaycanda çalışan ən fəal gənc alim və mütəxəssislər haqqında elektron məlumat bankı yaradılıb. Bu məlumat bankında gənc alim və mütəxəssislər haqqında zəruri bioqrafik informasiya ilə yanaşı, onların elmi fəaliyyət və fəallıq dərəcəsini əks etdirən məlumatlar da öz əksini tapır. Avropa standartlarına uyğun məlumat bankından qanunvericilik çərçivəsində həm ölkə daxilində, həm də xaricdə istifadə oluna bilər. Elektron məlumat bankı daim zənginləşdirilir, dəqiqləşdirmələr aparılır. Hazırda xaricdə fəaliyyət göstərən gənc azərbaycanlı alimlər haqqında da müvafiq məlumat bankının yaradılması işinə başlanılıb.

Yaxın zamanlarda yaradılacaq xüsusi elektron idarəetmə proqramı (e-Qrant - Qrant Layihələrinin Elektron İdarəolunması Sistemi) imkan verəcək ki, müsabiqə müddətində qrant iddiaçıları ilə Fondun icraçı direksiyası arasında təmaslar yalnız internet vasitəsilə baş tutsun və müsabiqədə iştirak müasir İKT sistemlərindən istifadə olunmaqla həllini tapsın. Bu, həmçinin məsuliyyəti və operativliyi də artırar. Hesab edirik ki, bu yenilik gənc alimlərin xüsusi marağına səbəb olacaq və gənclərin təklifləri sistemi daha da təkmilləşdirməyə imkan verəcək.

Son illərdə dövlət səviyyəsində görülən işlər deməyə əsas verir ki, yaxın gələcəkdə Azərbaycan elm sahəsində daha böyük nailiyyətlərə imza atılacaq. Gənclərə gəldikdə isə, bu gün əkilən cavan ağac öz bəhrəsini tezliklə verəcək. Hər bir alim, mütəxəssis, elm və təhsil təşkilatçısı, ümumiyyətlə, ziyalılar elm və təhsil qarşısında duran, xalqın gələcək taleyini müəyyənləşdirən bu məsələlərə biganə qalmamalı, bütün potensialını elmin və təhsilin inkişafına sərf etməlidirlər. Prezident İlham Əliyevin dediyi kimi, “... Azərbaycan alimləri, ziyalıları ölkəmizin, cəmiyyətimizin elitasıdır. Onların dünyagörüşü, mövqeyi, hərəkətləri, fəaliyyəti Azərbaycanın inkişaf dinamikasını, inkişaf perspektivlərini xeyli dərəcədə müəyyən edir”.

Ölkəmizdə elm və təhsilin sürətli inkişaf tempi imkan verəcək ki, tez bir zamanda Azərbaycan ixtira olunan elmi nailiyyətlərin istifadəçisi yox, müəllifinə çevrilsin. Bu məsələdə isə gənc alimlərin potensialı kimi, məsuliyyəti də böyükdür. Azərbaycan alimlərinin elmi-tədqiqat layihələrinin uğurla həyata keçirilməsi, elm sahəsində dünya miqyaslı və rəqabət apara biləcək elmi nəticələrin alınmasının reallaşdırılması və bu nəticələrin tezliklə iqtisadiyyatda, həyatda öz tətbiqini tapmasına yüksək səviyyədə xidmət yolunda gənc alimlərə uğurlar diləyirik.

Elçin Babayev

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

WUF13 Azərbaycanın şəhərsalma uğurlarını dünyaya tanıtdı – ŞƏRH

Azərbaycandan Türkiyəyə ixracın dəyəri 1 milyard dolları ötüb

“Araz-Naxçıvan” ukraynalı baş məşqçi ilə vidalaşıb

Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq imkanları qiymətləndirilib

Səfir: Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq möhkəmlənməyə davam edir

Avropada yaşayan azərbaycanlılar minifutbol millisinin oyunlarına dəvət olunublar

"Mina qurbanları üçün iqtisadi imkanların yaradılması - Faza 3” layihəsi yekunlaşıb

AZPROMO-nun rəhbəri: 4,5 il ərzində Qarabağ və Şərqi Zəngəzurun bərpasına təxminən 15 milyard dollar investisiya qoyulub

Prezident İlham Əliyevin aqrar sahə ilə bağlı tapşırıqları mühüm yol xəritəsidir ŞƏRH

Ali Məclisin yaz sessiyası başa çatıb

Audit şəffaf iqtisadiyyatın, peşə etikasının və ictimai etimadın mühüm dayağıdır - MÜSAHİBƏ

Xızı rayonunda sahibkarlarla görüş olub

Əlilliyi olan şəxslərin “İkinci ev”i

“Türk mədəniyyətində milli ideya və etnomental dəyərlər” – monoqrafiya

Azərbaycanın Müstəqillik Günü Pakistanda təntənə ilə qeyd edilib

Könül Nurullayeva: “Bakı Fəaliyyətə Çağırış” qlobal humanitar həmrəylik mesajıdır ŞƏRH

Texnika üzrə fəlsəfə doktoru: Aqrar sahədə əldə edilən uğurlar Azərbaycanda dinamik inkişafın göstəricisidir

Xocalıya daha 29 nəfər qayıdıb

Ölkəmizin qlobal əməkdaşlığa açıq dövlət olduğu bir daha təsdiq olundu – ŞƏRH

“Qarabağ” azarkeşlərin davranışına görə yüksək məbləğdə cərimələnib

“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyinin qalibləri məlum olub

Azərbaycan millisinin Macarıstan və Şimali Makedoniya yığmaları ilə oyunlar üçün heyəti açıqlanıb

Cəza müddətinin sonuna az qalmış qadın məhkumlarla görüş olub

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Gürcüstanda Müstəqillik Günü qeyd edilir

Milli Məclisin yaz sessiyası başa çatıb VİDEO

Milli Məclisin yaz sessiyası başa çatıb VİDEO

Ağdam şəhərində daha 110 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

İşə qəbul zamanı tibbi müayinə tələbləri sərtləşdirilir

Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş ümumrespublika olimpiadasına start verilib

Qanun layihəsi təsdiqləndi: Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər

“Lizinq” anlayışı “maliyyə icarəsi” termini ilə əvəz olunur

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Bir sıra məhkəmələrə yeni hakimlər təyin olunub

EMTA və CECECO arasında əməkdaşlıq imkanları dəyərləndirilib

Bayram günlərində ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb

BDU tələbələri üçün müdafiə sənayesi üzrə akademik tədris proqramı elan olunub

Komitə sədri: Ailə Konsepsiyası sənədi yekunlaşmaq üzrədir

Gender bərabərliyinin təmin olunmasına nəzarət edən orqanın illik məlumatı təsdiqlənib VİDEO

Gender bərabərliyinin təmin olunmasına nəzarət edən orqanın illik məlumatı təsdiqlənib VİDEO

İndoneziya-Azərbaycan strateji əməkdaşlığı - Cakartada Müstəqillik Gününə həsr olunmuş rəsmi ziyafət VİDEO

İndoneziya-Azərbaycan strateji əməkdaşlığı - Cakartada Müstəqillik Gününə həsr olunmuş rəsmi ziyafət VİDEO

Hafiz Səfixanov: Layihə benefisiarı olaraq 12 mina qurbanı müəyyən edilib

Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək əldə olunmuş nailiyyətlərin əbədi qalmasını təmin edir RƏY

Dövlət Proqramı Azərbaycanın aqrar inkişafını mahiyyətcə yeni mərhələyə qaldıracaq ŞƏRH

Molekulyar Biologiya İnstitutunda Müstəqillik Günü qeyd olunub

“Mina qurbanları üçün iqtisadi imkanların yaradılması – Faza 3” layihəsindən faydalananların sayı açıqlanıb

Cavid Qurbanov: Azərbaycan ilə Gürcüstan arasında sərnişin qatarlarının bərpası xalqlarımız üçün çox vacibdir

Elmir Həbibullayev: “Sea Breeze”də iki mindən çox daşınmaz əmlak obyekti ABB ilə müştərək ipoteka proqramı çərçivəsində satın alınıb

“Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə!

Bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək

Geosiyasi gərginlik neft bazarını daxilindən silkələyir

Gənc turizm liderləri Qubada bir araya gəlib

Cənubi Koreyanın ilk nüvə sualtı qayığı 2030-cu illərin ortalarında istifadəyə veriləcək

“İnvestisiyaların yeni coğrafiyası” – “Sea Breeze”də regionun iqtisadi potensialı müzakirə olunur VİDEO

“İnvestisiyaların yeni coğrafiyası” – “Sea Breeze”də regionun iqtisadi potensialı müzakirə olunur VİDEO

AQTA-nın sədri Zəngilanda vətəndaşların müraciətlərini dinləyəcək

Naxçıvan gömrükçüləri külli miqdarda tütün məmulatları aşkarlayıb

Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı istiqamətində mühüm nəticələr əldə olunub - ŞƏRH

Media: İranla münaqişə səbəbindən inkişaf etmiş ölkələrdə real əməkhaqqı azalır

Almaniyanın avtomobil sənayesində mənfi dinamika müşahidə olunur

NBA-da növbəti finalçı bəlli olub

Ermənistanda siyasi qüvvələrdən biri seçki yarışından geri çəkilib

Karate üzrə Avropa çempionu Mədinə Sadıqova: Vətənimdə bu cür coşqu ilə qarşılanmaq mənim üçün qürurvericidir

Daxili işlər naziri Qazaxda vətəndaşların müraciətlərini dinləyəcək, Ağstafada gənclərin arasından seçim edəcək

Kəndlərin inkişafı, bölgələrdə yaşayış səviyyəsinin yüksəldilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir - ŞƏRH

Həcc zəvvarları Ərafat dağı düzənliyinə yola düşüblər

Fransa hökumətinin sözçüsü: Enerji böhranı yaşayırıq

Sabah hava əsasən yağmursuz olacaq

AMEA-da “Sosial tədqiqatlar və süni intellekt” jurnalı təsis edilib

Avropa İttifaqının tərəfdaşları itirmək təhlükəsi: Gürcüstan və Azərbaycana qarşı səhv siyasət

“Gas Infrastructure Europe”: Aİ ölkələri növbəti qış mövsümü üçün anbarlara cəmi 11 milyard kubmetr qaz vurub

Azərbaycandan çay ixracı 15 faizdən çox artıb

Canlı Sistemlərin Tədqiqi İnstitutu doktoranturaya qəbul elan edir

“YAŞAT” Fondu “Hədiyyə karvanı” layihəsini reallaşdırır

Əlcəzairdə Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil olunub

Elm və təhsil naziri Qaxda peşə təmayüllü siniflərin və rəqəmsal dərslərin gedişatını izləyib

Pakistan Baş nazirinin Çinə səfəri ikitərəfli əlaqələrin güclənməsinə təkan verib

® Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək

Moldova Baş nazirinin müavini: Azərbaycan regionda mühüm və nüfuzlu tərəfdaşdır VİDEO

Moldova Baş nazirinin müavini: Azərbaycan regionda mühüm və nüfuzlu tərəfdaşdır VİDEO

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofolidən

Azərbaycanda aqrar sahənin inkişafında yeni mərhələ başlanır

Bu saata olan əsas xəbərlər

Bəxtiyar Hacıyev: Satışa çıxarılan aylıq 8400 biletin 70 faizdən çoxu artıq satılıb

Müstəqillik Günü münasibətilə “AzərEnerji”nin Tədris Mərkəzində master-klas təşkil olunub

Bu ilin yanvar-aprel aylarında “Könüllü DOST” proqramına 547 şəxs cəlb olunub

İtaliya Respublikasının Prezidenti Sercio Mattarelladan

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi prioritetlər kənd təsərrüfatının inkişafına yönəlib - ŞƏRH

“Diplomatik dördlük” Hörmüz boğası ilə bağlı bəyanat verib

Fransada 7 nəfər istidən ölüb

Komitə sədri: Yeni Dövlət Proqramı kənd təsərrüfatının səmərəliliyində həlledici rol oynayacaq

“Neftçi”nin futbolçusu Kipr klubuna keçir

Azərbaycanın aqrar gələcəyi: inkişafın 2030-cu il hədəfləri - ŞƏRH

Əfran İsmayılov Premyer Liqaya yüksələn klubun vitse-prezidenti təyin olunub

Bahar Muradova: Genderəsaslı risklərin azaldılmasında preventiv mexanizmlər səmərəli nəticə verir

Bu ilin yanvar-aprel aylarında “Könüllü DOST” proqramına 547 şəxs cəlb olunub

Böyük Britaniyada Koordinasiya Şurasının toplantısı olub, diaspor fəallarına mükafatlar təqdim edilib

Tədqiqat: Misirin Böyük Piramidası zəlzələyə davamlılıq baxımından ən mükəmməl tikilidir

Qubada Müstəqillik Gününə həsr olunmuş elmi-praktik konfrans: memarlıq və inkişafın vəhdəti

Komitə sədri: Dövlətimiz gender bərabərliyini sosial siyasətin tərkib hissəsi kimi qəbul edir VİDEO

Komitə sədri: Dövlətimiz gender bərabərliyini sosial siyasətin tərkib hissəsi kimi qəbul edir VİDEO

Dörd narkokuryerdən 40 kiloqram narkotik vasitə və 500 metadon həbi aşkarlanıb VİDEO

Dörd narkokuryerdən 40 kiloqram narkotik vasitə və 500 metadon həbi aşkarlanıb VİDEO

Premyer Liqa: “Qarabağ” bu mövsüm ev oyunlarında tamaşaçı sayına görə liderdir

Azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə dördüncü investisiya müsabiqəsi elan olunur

“Ölünün diriləri ziyarəti” Dram Teatrının səhnəsində