Ələt Azad İqtisadi Zonasında karqo terminalları yaradılacaq
Bakı, 16 noyabr, AZƏRTAC
Ələt Azad İqtisadi Zonasında karqo terminallarının yaradılması barədə investorlarla razılaşmışıq.
AZƏRTAC xəbər verir ki, bu barədə Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov deyib.
O bildirib ki, artıq bu istiqamətdə layihələrin icrasına başlanılıb.
“Karqo terminallarının 2026-cı ildən işə düşəcəyi gözlənilir. Bu terminallarla illik olaraq 500 min tonluq yük daşınacaq və tədricən bu rəqəm 1,5 milyon tona çatdırılacaq. İnvestorların sayını nəzərə alaraq, Ələt Azad İqtisadi Zonasında 138 hektarlıq ərazidə tikinti işlərini də aparmağa hazırıq”, - deyə Valeh Ələsgərov vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:10]
AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib
- 05.10.2026 [17:59]
Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar
- 05.10.2026 [16:51]