Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əli Həsənov: Vətənpərvərlik hissini itirmək dəhşətli milli faciədir...

Əli Həsənov: Vətənpərvərlik hissini itirmək dəhşətli milli faciədir...

Bakı, 15 mart, AZƏRTAC 

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 ili tamam olur. Cümhuriyyətimizin yubileyi dövlət səviyyəsində qeyd ediləcək, il ərzində həm Cümhuriyyət, həm Cümhuriyyət dövründə təsis edilmiş ayrı-ayrı qurumlar, həm də Cümhuriyyətimizin qurucuları ilə bağlı silsilə tədbirlər keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Facebook sosial şəbəkəsindəki səhifəsində paylaşdığı statusda yazıb.

Prezidentin köməkçisi qeyd edib ki, müsəlman Şərqində respublika üsul-idarəsinə söykənən ilk demokratik dövlətin, dini, irqi, sosial fərqlərə baxmadan öz müqəddəratını vahid siyasi etnos kimi təyin edən, müasirliyə açıq, dünyəviliyə, liberalizmə sadiq bir icmanın tarix səhnəsinə daxil olması keçmişimizin qürurverici dövrüdür. Müsəlman Şərqi və Şərqi Avropada qadınlara ilk dəfə bərabər hüquqları tanıyan, Şərqdə ilk əlifba və dil islahatı aparan, seçki sistemini liberallaşdıran, ilk yeni teatr və müasir musiqi ənənəsi yaradan və digər ilklərə imza atmış ölkə və etnos olmağımızla necə fəxr etməyək?!...

Amma Cümhuriyyət, sadəcə, hüquqi varislik deyil, biz Cümhuriyyətimizin, onun qurucularının mənəvi irsinə varisliyi də bacarmalıyıq. Yalnız dövlətimiz o zaman təsis edilmiş rəsmi qurumların davamçıları deyil, insanlarımız da o böyük irsin, Cümhuriyyət qurucularının mənəvi keyfiyyətlərinin daşıyıcıları olmalıdır...

Qurucu ata-babalarımızın həm Cümhuriyyətin mövcud olduğu 23 ay müddətində sərgilədiyi fəaliyyət, həm də Cümhuriyyətin süqutundan sonra mühacirət dövründəki Vətənə, milli dövlətçilik ideallarına sədaqətli xidmət nümunələri mənimsənilməsi vacib olan nümunəvi irsdir.

Məsələn, Əlimərdan bəy Topçubaşov Azərbaycan Cümhuriyyətinin süqutundan keçən illər ərzində çəkdiyi məşəqqətlərə, düçar olduğu çətinliklərə, düşdüyü maddi sıxıntılara baxmayaraq cəmi 23 ay yaşamış AXC-yə sədaqətini ömrünün sonunadək qoruyub saxlamışdır. Hərçənd şirnikləndirici təkliflər yetərincə idi. Hələ XX əsrin əvvəllərində qonşu ölkələrdən biri ona hüquqi təhsilinə uyğun olaraq ən yüksək post-nazir postu da təklif etmişdi.

Bu və ya digər səbəblərdən Vətəndən uzaq düşmüş çoxsaylı həmvətənlərimizin əksəriyyəti keçmiş illərdə və günümüzdə bəhs olunan müsbət ənənəni yaşatsa da, təəssüf ki, heç də hamı haqqında eyni fikirləri söyləmək mümkün deyil. Bəzən bu və ya digər yüksək postu tutmaq müqabilində deyil, sadəcə, “komfortlu iaşə obyektindən istifadə imkanı” qazandığına görə milli ideallarımıza xəyanət yolu tutan və milli maraqlarımıza qarşı çıxanlar da tapılır...

Daha komfortlu iaşə obyektlərindən istifadəni reklam etmək, bu və ya digər kuluarlarda, kulislərdə görünmək, doğrudanmı, insanları Qərb dəyərlərinin, liberalizmin, müasirliyin simvoluna çevirir?

Özünü Qərb dəyərlərinin daşıyıcı olduğuna inandırmaq milli idealları, dəyərləri, dövlətçiliyi, milli savaşı inkar etməyə əsas verirmi? Komfortlu iaşə obyektlərinin üzərinə şüarlar yazıb, şəkil yapışdırmaq, sosial şəbəkələrin verdiyi imkanlardan sui-istifadə insanı azadlıq mücahidinə çevirirmi?..

Yaxın Şərq coğrafiyasında son 10 ildə yaşananlara nəzər salın. Guya hakimiyyətə qarşı mübarizə adı ilə səfərbər olunub antimilli, ekstremist düşərgədə yer alan, əllərində silah doğma vətənlərinin yerlə-yeksan edilməsində həlledici qüvvə kimi istifadə olunan vətəndaşlardan xəbəriniz yoxmu məgər?

Hazırlandıqları xüsusi düşərgələrdəki komfortlu iaşə obyektlərinə aldanan belə şəxslər öz doğma yurdlarını xarabazarlığa çevirir, doğmalarına komfortsuz həyatı belə dar edirlər. Bütün bu dəhşətləri görmək və müvafiq nəticə çıxarmaq üçün heç də alim, siyasətçi olmağa ehtiyac yoxdur. Qərbdə formalaşdırılaraq inkişaf perspektivi olan və Avropanın durğun cəmiyyətinə dinamika nümunəsi göstərən müsəlman ölkələrinə qarşı son illərdə istifadə edilən neçə-neçə məkrli ssenariləri, çirkin planları, dəhşətli vətəndaş müharibələrini görmürsünüzmü?!...

Azərbaycan dövləti öz təhlükəsizliyini bərqərar edərək, coğrafiyamızın sabitlik adasına çevrilib. İndi bu sabitliyin qəsdinə duranlara, ölkəmizə qarşı istənilən formada mübarizə aparmağa hazırlaşanlara, hətta əllərinə silah alaraq ölkəmizi dağıtmağa belə hazır olanlara üzümü tutaraq sual edirəm: onlarla, yüzlərlə qohum-əqrəbanız sabah Yaxın Şərq və Şimali Afrika ölkələrinin qaçqınlarının nümunəsində sizin məskunlaşdığınız o dövlətlərə üz tutsalar, özünüzü necə hiss edəcəksiniz? Yaxud da “PYD”, “İŞİD” və sair adlarla silahlandırılaraq qruplaşdırılan dəstələrin sırasında öz ölkənizin sərhədlərini adlayaraq doğulduğunuz, yaşadığınız yurdu yerlə-yeksan etmək missiyası sizə həvalə ediləndə özünüzü necə hiss edəcəksiniz?...

Neçə illərdir Avropada yaşayırsınız və yaşadığınız ölkələrdə əxz etməyə çoxsaylı müsbət nümunələr var: vətənpərvərlik nümunəsi, vətəni və xalqı sevmək və təmsil etmək nümunəsi, dinc siyasi mübarizə nümunəsi, həqiqi ictimai fəallıq və s. Amma siz daim tərif və təlqin etdiyiniz bu mədəni Avropada gör nə nümayiş etdirirsiniz? - Opponentlərin ünvanına söyüş və təhqirlər yağdırmaq, dövlət simvollarını aşağılamaq, siyasi rəqibləri mənəvi və fiziki təhqirlərə məruz qoymaq, mənəviyyatsız söyüş və çağırışlar etmək...

Nə olardı, heç olmasa aralarında yaşadığınız bu avropalılardan siyasi mübarizə mədəniyyəti öyrənəydiniz. Onların necə siyasi debat apardıqlarını, bir-biri ilə siyasət və opponentlik dilində necə hörmət və izzətlə davrandıqlarını nümunə kimi əxz edəydiniz. Belə bir deyim var: “İnsanlar təkcə bildikləri danışıq dilində deyil, eyni zamanda, malik olduqları mədəni-mənəvi keyfiyyətlərinin dili ilə danışırlar”.

Tələbəlik illərindən xatirimdə qalan bir hadisəni danışmaq istəyirəm. Cimmi Karter 1980-ci illərin prezident seçkilərində aktyor Ronald Reyqana məğlub olmuşdu və bir müddət sonra Moskvaya gəlmişdi. O zaman rus jurnalistlərindən birinin ona ünvanladığı opponenti və ABŞ-ın seçki sistemi haqqındakı yönəldici sualına bilirsinizmi o hansı cavabı vermişdi... O söyləmişdi ki, “mən rəqibimlə öz siyasi mübarizəmi ABŞ-da aparıram, xaricdəsə amerikalıyam və ABŞ-ın maraqlarını təmsil edirəm”.

Bu gün İlham Əliyevin təmsil etdiyi hakimiyyətə qarşı opponentlik edənlər öz mübarizələrini sərbəst formada Azərbaycanda - yerli informasiya resurslarında, sanksiyalaşdırılmış aksiyalarda, parlament tribunalarında aparırlar. O mübarizənin sərtliyi heç də iaşə müxalifətçiliyindən daha aşağı tonda deyil. Amma buna görə kimsə təqib olunmur, 25 illik müxalifət yenə də öz ampluasındadır və yoluna davam edir.

Təəssüf ki, xaricdə yaşayan bəzi azərbaycanlılar bu gün bizim milli davanın sıra əsgərləri deyil, düşmənlərimizin sırasında və ön cərgəsində dayanıblar. Onların Azərbaycan dövlətinə qarşı aksiyaları belə sinxrondur - eynilə bu gün ABŞ-da iaşə müxalifəti və separatçı qurumun planlaşdırdığı aksiyalar kimi. Vətənpərvərlik duyğusunu, Vətən əxlaqını itirmək böyük faciədir. Bu, sadəcə, bir fərdin və onun mənsub olduğu ailənin problemi deyil, belələri anti-Azərbaycan dairələrin əlində alətə çevrildikləri üçün bütün xalqımızın problemidir. Bu problemin çözümü ilə, ilk növbədə, ailələr və xaricdə yaşayan, Vətən əxlaqını qoruyan, Cümhuriyyətin qurucularının mühacir irsinin mənəvi varisi deyə biləcəyimiz diaspor nümayəndələrimiz məşğul olmalıdır...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası baş tutub

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1® həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb