Elmin populyarlaşdırılması sahəsində fəaliyyətə görə mükafatın sahibi müəyyənləşib
Bakı, 27 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətə görə AMEA-nın Rəyasət Heyətinin mükafatının sahibi məlum olub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, müsabiqəyə ümumilikdə ayrı-ayrı şəxslərin və kollektivlərin namizədliyini əhatə edən 31 iş təqdim olunub. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin müvafiq sərəncamı ilə yaradılmış ekspert komissiyası təqdim olunan işlərin yekun qiymətləndirməsini aparıb. Komissiyanın rəyləri AMEA-nın prezidentinə təqdim edilib və qaliblər müəyyənləşib.
Elmi biliklərin və elmi nailiyyətlərin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətinə, o cümlədən kainat və onun əsas inkişaf mərhələlərinə həsr olunmuş elmi və elmi-populyar əsərinə görə Fəlsəfə İnstitutunun estetika şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Adil Əsədov AMEA-nın Rəyasət Heyətinin mükafatına layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:40]
Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO
- 12.06.2026 [20:49]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [19:56]
BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir
- 12.06.2026 [18:20]