Əlverişsiz hava şəraiti Quş adası şəhərində problemlər yaradıb
İstanbul, 13 mart, AZƏRTAC
Türkiyənin qərbində səhər saatlarından yağan leysan yağışlar Egey dənizi bölgəsində bir sıra problemlərə səbəb olub.
AZƏRTAC xəbər verir ki, aramsız yağışlar Quş adası şəhərinin mərkəzində və ətraf yollarda ciddi fəsadlar törədib. Leysan nəticəsində yollar su altında qalıb. Bölgədəki bəzi evləri və iş yerlərini su basıb. Quş adası-Aydın yolunda torpaq sürüşməsi baş verib ki, bu da yolun bir hissəsinin bağlanmasına səbəb olub.
Hidrometeoroloqlar aramsız yağışların martın 13-də günorta saatlarına qədər davam edəcəyini proqnozlaşdırırlar. Bölgədə küləyin sürəti saatda 35 kilometr təşkil edir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:15]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:11]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:03]