Emal sənayesində 5754 milyon manatlıq məhsul istehsal olunub
Bakı, 20 may, AZƏRTAC
Yanvar-aprel aylarında emal sənayesində 5754 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə içki istehsalında 18,1 faiz, qida məhsullarının istehsalında 12,2 faiz, tütün məmulatlarının istehsalında isə 9,8 faiz artım müşahidə olunub. Bu sahələrin əsas məhsullarından meyvə-tərəvəz konservlərinin istehsalı 8,2 faiz, duz istehsalı 1,4 faiz artıb, şəkərin istehsalı 0,3 faiz, duru bitki yağlarının istehsalı isə 31,7 faiz azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
- 12.06.2026 [16:58]