Əmanətlərin Sığortalanması Fondunda Ulu Öndərin əziz xatirəsi anılıb
Bakı, 11 may, AZƏRTAC
Əmanətlərin Sığortalanması Fondunda müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
Fonddan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca isə Ümummilli Lider və Vətən uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın ruhları bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Tural Piriyev və fond rəsmiləri ölkəmizin əldə etdiyi bütün nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində müəyyənləşdirilən hərtərəfli inkişaf strategiyasının dayandığını vurğulayıblar.
Sonda Ulu Öndər Heydər Əliyevə həsr olunan videoçarx nümayiş etdirilib.