“Əmək bazarının təhlili” mövzusunda onlayn görüş keçiriləcək
Bakı, 31 mart, AZƏRTAC
Aprelin 2-də Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Əmək bazarında işçi qüvvəsinə olan tələb və təklif, prioritet peşə ixtisaslarının müəyyən edilməsi” mövzusunda onlayn konfrans keçiriləcək.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, konfransda iştirak etmək üçün müvafiq link (https://bit.ly/3luJKGA) vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat prosesi bu gün başa çatır.
Konfransda işəgötürənlərin kadr ehtiyacları, müvafiq peşə sahələri üzrə peşəkar işçilərin müəyyənləşdirilməsində yaranan problemlər, cari ildə prioritet peşə ixtisaslarının qiymətləndirilməsi və tanınması yönündə görüləcək işlər kimi aktual mövzular müzakirə olunacaq. Əlavə olaraq, Agentlik tərəfindən əmək bazarının təhlilinə dair keçirilmiş sorğunun nəticələri əsasında hazırlanmış hesabat iştirakçılara təqdim olunacaq.
Qeyd edək ki, onlayn konfransda iştiraka dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]
Bu gün Ümumdünya Görmə Günüdür
- [07:36]
Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb
- 07.10.2026 [23:09]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [22:11]
Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub
- 07.10.2026 [21:29]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:27]
Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
- 07.10.2026 [21:16]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [21:05]
Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var
- 07.10.2026 [21:01]
Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb
- 07.10.2026 [20:03]
Bu saata olan əsas xəbərlər
- 07.10.2026 [20:00]
® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
- 07.10.2026 [19:00]