Azərbaycan Dövlət İnformasiya Agentliyi

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ ÖTƏN İLƏ YEKUN VURMUŞDUR

AZƏRTAC xəbər verir ki, yanvarın 29-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2004-cü ilin yekunları və 2005-ci ildə qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilmişdir.

İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev hesabat dövründə əməyin ödənilməsi, əmək münasibətləri və əməyin mühafizəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, müvafiq normativ-hüquqi aktların layihələrinin hazırlanması, əmək qanunvericiliyinin tətbiqi ilə əlaqədar praktiki işlərin yerinə yetirilməsi ilə bağlı məsələlərin, habelə bu sahələrdə respublikanın nazirlik, müəssisə və təşkilatlarına metodik kömək göstərilməsinin nazirliyin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu bildirmişdir.

Hesabat dövründə həm büdcədən maliyyələşdirilən, həm də digər təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması üzrə geniş təhlillərin aparıldığını, maliyyə, ədliyyə və digər aidiyyəti nazirliklərlə birlikdə təkliflər hazırlanaraq, Nazirlər Kabinetinə təqdim olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə 2004-cü ilin iyulun 1-dən respublikada minimum əmək haqqının məbləği 1,7 dəfə artırılaraq 60 min manatdan 100 min manata çatdırılmışdır. Bu, qeyri-büdcə təşkilatlarında çalışan işçilərin maaşlarının da artmasına şərait yaratmışdır. Belə ki, ilkin hesablamalara görə, 2004-cü ilin yanvar-dekabr aylarında respublika üzrə orta aylıq əmək haqqının səviyyəsi 483 min manat təşkil etmişdir ki, bu da 2003-cü illə müqayisədə 26 faizdən artıqdır.

Əməyin mühafizəsi üzrə qanunvericiliyin yerlərə çatdırılması və izah edilməsi məqsədi ilə Bakı, Lənkəran və Bərdə şəhərlərində işəgötürənlərlə zona müşavirələri keçirilmişdir. İşəgötürənləri və müəssisələrdə əməyin mühafizəsi işçilərini əməyin mühafizəsi sahəsində müasir normalar, qaydalar və standartlarla, habelə mövcud beynəlxalq təcrübə ilə tanış etmək üçün nazirliyin nəzdində fəaliyyət göstərən Dövlət Əmək Müfəttişliyində əməyin mühafizəsi üzrə informasiya mərkəzi yaradılmışdır. Müfəttişlik əsas fəaliyyətini müəssisə və təşkilatlarda əmək qanunvericiliyinə əməl olunmasına nəzarət edilməsinə, vətəndaşların ərizə və şikayətlərinə, müəssisə və təşkilatların məktub və müraciətlərinə vaxtında baxılmasına, istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatının aparılmasına, öz fəaliyyəti ilə bağlı normativ sənədlərin layihələrinin hazırlanmasına yönəltmişdir.

2004-cü ildə məşğulluq xidməti orqanları tərəfindən 21662 nəfər münasib işlə təmin edilmişdir ki, bu da 2003-cü illə müqayisədə 3390 nəfər və ya 18,5 faiz çoxdur. Əhalinin, xüsusilə də gənclərin məşğulluğunun gücləndirilməsi məqsədi ilə həyata keçirilən tədbirlərin səmərəliliyi xeyli artırılmışdır. 2004-cü ildə respublikanın 55 şəhər və rayonlarında keçirilmiş əmək yarmarkalarında 6185 nəfər münasib iş yerləri ilə təmin edilmişdir ki, bu da 2003-cü illə müqayisədə 1836 nəfər və ya 42,2 faiz çox olmuşdur.

Nazirliyin fəaliyyətinin əsas istiqamətlərindən biri də əhalinin, xüsusilə də yaşlı nəslin, əlillərin, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi sahəsində dövlət siyasətinin formalaşdırılması və bununla bağlı bir sıra tədbirlərin həyata keçirilməsinin təmin edilməsi olmuşdur. “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”na və “Ərzaq Təhlükəsizliyi Proqramı”na əsasən, sosial yardım sisteminin təkmilləşdirilməsi və sosial yardımın ünvanlılığının təmin olunması istiqamətində əsaslı islahatların həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Əlillərin reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində görülmüş işlər sırasında respublikamızda tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin inkişafı, əlillərin reabilitasiya vasitələri ilə təchiz olunması, onlara protez-ortopediya xidməti göstərilməsi tədbirləri də uğurla həyata keçirilmişdir.

Əlillərin reabilitasiyasında bərpa mərkəzlərinin müstəsna rolu nəzərə alınaraq, nazirlik tərəfindən 2004-cü ildə belə mərkəzlərin işinin səmərəliliyinin yüksəldilməsinə və regionlar üzrə yeni bərpa mərkəzlərinin yaradılmasına xüsusi diqqət yetirilmiş, iki yeni reabilitasiya mərkəzi açılmışdır. Bundan əlavə, Əli Bayramlıda əlillərin bərpa mərkəzi istifadəyə verilmiş və ötən müddətdə burada 300 nəfərdən artıq əlilə bərpa müalicəsi xidməti göstərilmişdir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası olaraq, 2004-cü ildə Naxçıvan şəhərində Əlillərin bərpa mərkəzi tikilib istifadəyə verilmiş və onun açılışında Azərbaycan Prezidenti İlham Əliyev iştirak etmişdir. Göstərilən Proqrama uyğun olaraq, Sumqayıtda Əlillərin bərpa mərkəzi artıq istifadəyə verilmiş, Şəkidə isə yaxın zamanlarda istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Nazir bildirmişdir ki, ötən il əlillər və şəhid ailələri üçün Bakının Sabunçu rayonunda 36 mənzilli, Göyçayda 21 mənzilli, Qubada 16 mənzilli, Mingəçevirdə 16 mənzilli və Lənkəranda 30 mənzilli yaşayış binaları tikilib istifadəyə verilmişdir. Ümumiyyətlə, 1997-ci ildən indiyədək nazirliyin sifarişi ilə əlillər və şəhid ailələri üçün 20 yaşayış binası və 169 fərdi yaşayış evi inşa olunmuş, bu kateqoriyadan olan 860 nəfərə paylanmışdır. Hazırda nazirliyin sifarişi ilə Bakının Yasamal rayonunda 36 mənzilli, Yevlaxda isə 16 mənzilli yaşayış binalarının tikintisi davam etdirilir, 2005-ci ildə respublikanın bir sıra rayon və şəhərlərində də belə yaşayış binalarının tikilib istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Əlillərin həyat şəraitinin yaxşılaşdırılması və onların reabilitasiya imkanlarının genişləndirilməsi istiqamətində görülmüş işlərin ən əhəmiyyətlilərindən biri də onlara pulsuz nəqliyyat vasitələrinin verilməsi olmuşdur. Nazirlik tərəfindən 2004-cü ildə Gəncə avtomobil zavodundan 120 ədəd “OKA” markalı minik avtomobili alınmış və növbədə dayanmış Qarabağ və Böyük Vətən müharibəsi əlillərinə verilmişdir.

Kollegiya iclasında nazirliyin idarə və şöbə rəislərinin məruzələri dinlənilmiş, qarşıda duran vəzifələrin yerinə yetirilməsi ilə bağlı müvafiq göstərişlər verilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb