ƏMƏK VƏ ƏHALİNİN SOSİAL TƏMİNATI NAZİRLİYİNDƏ İMTAHANIN İKİNCİ TURU BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vakant vəzifələrin tutulması ilə əlaqədar keçirilmiş test imtahanının birinci turundan müvəffəqiyyətlə keçmiş şəxslər müsahibəyə buraxılmaq hüququ qazanmışlar. Xatırladaq ki, namizədlərdən yalnız 164 nəfəri minimal 80 balı toplamışdır.
Namizədlərlə müsahibə iyunun 5-dək davam edəcəkdir.