Əməkdar rəssam: NDU-da açılacaq Heykəltaraşlıq ixtisası müasir sənət təhsilinin inkişafına töhfə verəcək
Bakı, 17 avqust, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində yaxın gələcəkdə açılması nəzərdə tutulan yeni Heykəltaraşlıq ixtisası İncəsənət fakültəsində təsviri sənət istiqamətinin daha da genişləndirilməsinə mühüm imkan yaradacaq.
Bunu AZƏRTAC-a açıqlamasında Naxçıvan Dövlət Universitetinin “Təsviri incəsənət” kafedrasının dosenti, Əməkdar rəssam Cavid İsmayılov deyib.
O bildirib ki, Heykəltaraşlıq ixtisası üzrə təhsil tələbələrdə bacarıqlarının inkişaf etdirilməsinə, müxtəlif materialların xüsusiyyətlərinin öyrənilməsinə və üçölçülü bədii əsərlərin yaradılması üzrə praktiki vərdişlərin formalaşdırılmasına imkan yaradacaq.
“Həmçinin yeni ixtisasın fakültənin mövcud təsviri sənət istiqamətləri ilə qarşılıqlı əlaqədə inkişaf etdirilməsi tələbələrin yaradıcılıq imkanlarının daha da genişlənməsinə, müxtəlif sənət sahələri arasında inteqrasiyanın güclənməsinə və müasir sənət təhsilinin inkişafına mühüm töhfə verəcək”, - deyə Əməkdar rəssam əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.08.2026 [17:55]
Cahangir Səlimxanov: Müslüm Maqomayevin sənəti zamanın fövqündə dayanır
- 17.08.2026 [17:42]
Unudulmaz müğənni Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edilib
- 17.08.2026 [10:09]
Sənət səmasında sönməz məşəl: Müslüm Maqomayev
- 17.08.2026 [05:56]
Conni Depp "Karib dənizinin quldurları-6" filmində rol ala bilər
- 16.08.2026 [08:51]