Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Əmlak Məsələləri Dövlət Komitəsində cari ilin doqquz ayının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bakı, 18 oktyabr (AZƏRTAC). Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) 2011-ci ilin doqquz ayında görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilmişdir.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müşavirədə ƏMDK-nın sədri Kərəm Həsənov bildirmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə əvvəlki illərdə olduğu kimi, cari ildə də həyata keçirilən davamlı tədbirlər nəticəsində ölkə iqtisadiyyatının bütün sahələrində artım templəri və sosial-iqtisadi inkişaf müşahidə edilmişdir.

Müşavirədə 2011-ci il yanvarın 27-də Prezident İlham Əliyevin tapşırığı əsasında Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının geniş iclasında verilmiş tapşırıqların icrası ilə bağlı komitə tərəfindən keçən dövr ərzində görülmüş işlər də müzakirə edilmişdir.

Qeyd edilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətində dövlət əmlakının özəlləşdirilməsi və daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahələrində qanunçuluğun, vətəndaşların hüquq və azadlıqlarının daha səmərəli şəkildə təmin olunması, şəffaflığın artırılması, korrupsiya hallarına yol verilməməsi xüsusi prioritet təşkil etmişdir. Prosedurların asanlaşdırılması, müraciətlərə vaxtında baxılması, şikayətlərin araşdırılması və həlli istiqamətində əməli tədbirlər görülmüşdür.

Komitə sədri dövlət orqanlarında elektron xidmətlərin göstərilməsinin təşkili sahəsində tədbirlər haqqında Azərbaycan Prezidentinin müvafiq Fərmanının icrası üzrə görülmüş işlərdən də danışmışdır. Bildirmişdir ki, modern və çevik idarəetmənin, fəzliyyət prosesində şəffaflığın və səmərəliliyin təmin edilməsi məqsədi ilə Azərbaycan Prezidentinin dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi sahəsində verdiyi tapşırıqların icrası daim diqqət mərkəzində saxlanılmış və ardıcıl tədbirlər görülmüşdür.

Qeyd edilmişdir ki, müəssisələrdə institusional yeniləşmə sahəsində müvafiq təhlillər aparılmışdır. Araşdırmalar nəticəsində dövlət müəssisələrinin sağlamlaşdırılması və restrukturizasiyası, özəlləşdirilmiş müəssisələrə dəstək tədbirlərinin göstərilməsi, müəssisələrin müflis elan olunması yolu ilə özəlləşdirilməsi, dövlət əmlakının idarəetməyə verilməsi ilə bağlı bir sıra təkliflər hazırlanmışdır.

Diqqətə çatdırılmışdır ki, bu il dövlət mülkiyyətinin özəlləşdirilməsi və icarəyə verilməsi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyat sisteminin, habelə reyestrinin aparılmasının təkmilləşdirilməsi və inkişaf etdirilməsi, daşınmaz əmlakın vahid dövlət kadastrı və daşınmaz əmlakın istifadəsinə dair 20-yə yaxın normativ hüquqi sənədin layihələri hazırlanmışdır. Bunlardan 4 sənəd layihəsi təsdiq edilmişdir.

Məlumat verilmişdir ki, ötən müddətdə respublika üzrə 110 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınmışdır.

Daşınmaz əmlakın qeydiyyatı layihəsinə dair Azərbaycan Respublikası ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında kredit sazişinin icrası ilə bağlı tədbirlər davam etdirilmişdir.

Hesabat dövründə daşınmaz əmlakın vahid kadastrının aparılması, ünvan reyestri və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi sahələrində müəyyən edilmiş tədbirlər həyata keçirilmişdir. Respublika ərazisində yeni formalaşdırılan irihəcmli daşınmaz əmlak obyektlərinin inşası üçün nəzərdə tutulmuş ərazilərin kadastr planları hazırlanmışdır. Daşınmaz əmlak obyektlərinə kadastr planlarından çıxarışlar verilmişdir. Dövlət mülkiyyətində olan daşınmaz əmlak obyektlərinin elektron kadastr məlumat bazasının yaradılması istiqamətində tədbirlər görülmüşdür. Azərbaycan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasında imzalanmış “Maliyyə əməkdaşlığı haqqında” sazişə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Almaniyanın KfW Bankı arasında bağlanmış müqaviləyə uyğun olaraq Gəncə və Şəkidə “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsinin ilkin mərhələsi başa çatdırılmışdır. İlkin mərhələdə Şəki rayonunda və Gəncə şəhərində seçilmiş ərazilərdə sistematik kadastr ölçmə işləri aparılmışdır. Bu ərazilərdə yerləşən, mülkiyyət formasından asılı olmayaraq bütün növ daşınmaz əmlakın və ərazinin kadastr xəritələri hazırlanmışdır. Bakı şəhərinin Nəsimi, Nizami, Xətai və Nərimanov rayonlarının ünvan reyestri tərtib edilmiş və ünvan xəritələri hazırlanmışdır. “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Statens Kartverk-Norveç Xəritəçəkmə Təşkilatı arasında “Azərbaycanda ünvan reyestrinin informasiya sisteminin yaradılması” layihəsinin icrası ilə bağlı tədbirlər görülür.

Müşavirədə məlumat verilmişdir ki, vətəndaşlardan komitənin 193 nömrəli “Qaynar telefon xətti”nə 400-ə, rəsmi internet səhifəsi vasitəsilə isə 200-ə yaxın müraciət daxil olmuşdur. Daxil olan müraciətlərin operativ cavablandırılması təmin edilmişdir.

Müşavirənin sonunda komitə sədri bir sıra tapşırıqlar vermişdir.

Komitəyə daxil olan müraciətlərə, ərizə və şikayətlərə mahiyyəti üzrə baxılmasında operativliyin artırılması, süründürməçilik hallarına yol verilməməsi, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, informasiya işinin nəzarətdə saxlanılması, ictimai məlumatlandırma və maarifləndirmə tədbirlərinin daha da genişləndirilməsinin vacibliyi qeyd edilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

IV Məktəblərarası Rəsm Müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakıdakı Rus evində gənc rəssamların əsərlərdən ibarət sərgi açılıb

İstanbuldakı Heydər Əliyev adına məktəbin şagirdləri ilə maarifləndirici görüş keçirilib

Yod çatışmazlığı əqli geriliyə səbəb ola bilər

Türkiyənin xarici işlər naziri Çinə rəsmi səfər edəcək

"Fənərbağça"nın anlaşdığı Joze Mourinyo sabah İstanbula gəlir

Bakıda görkəmli türkmən mütəfəkkiri və şairi Dövlətməhəmməd Azadi haqqında kitabın təqdimatı olub

Azərbaycan alimi Almaz Ülvinin “Xarəzm heyrəti” kitabı çap olunub

"Real Madrid" Çempionlar Liqasının qalibi olub YENİLƏNİB

Rəşad Əzizov: Hazırda Mədəniyyət Nazirliyi yaradıcı sənayelərin inkişafı üçün Yol xəritəsinin hazırlanması ilə məşğuldur

Qazaxda “Xoşbəxt olsun uşaqlar” adlı tədbir təşkil edilib

Ölkə ərazisində yaş barama tədarükünə başlanılıb

Sumqayıtda ayparaçıların uşaqlara bayram hədiyyəsi

Naxçıvan şəhərində qəza olub, xəsarət alan var

Axşam saatlarında Qaxa leysan və dolu yağıb, bu dəfə fəsadsız ötüşüb

Azərbaycan millisinin voleybolçusu: Sabah meydana qələbə qazanmaq üçün çıxacağıq

Zaqatala və Gədəbəy rayonlarına dolu düşüb

Yekaterinburqda azərbaycanlı tələbələr arasında minifutbol turniri keçirilib

Dövlət Teatr Muzeyində tədbir - Uşaqların sevinci

Səlahiyyətli nümayəndə Fuad Nəcəfli Nobel mükafatı laureatı Əziz Səncərlə görüşüb

Qızıl Avropa Liqası: Azərbaycan millisi son matçında da məğlub olub

Nobel mükafatçısı Əziz Səncər Naxçıvan Dövlət Universitetində olub

Küləkli hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edilib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” təşkil olunub

Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 metr/saniyəyə çatır

Bəzi bölgələrdə leysan xarakterli yağış yağıb, Goranboy rayonuna dolu düşüb – FAKTİKİ HAVA

İsmayıllıda dəhşətli yol qəzası baş verib: Ölən və xəsarət alanlar var VİDEO

Fransız Polineziyasının nümayəndə heyəti Medianın İnkişafı Agentliyində olub

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Bakı Zooloji Parkında “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş “Gələcək uşaqlara məxsusdur” adlı şənlik təşkil olunub

Azərbaycan ilə Qırğızıstan arasında hərbi tibb sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Xarkov raketlə vurulub, azı 9 mülki şəxs həlak olub

“Böyük Qayıdış: Uşaqlar üçün yeni dövrün başlanğıcı” mövzusunda konfrans təşkil edilib

Ölkəyə 60 kiloqram narkotik maddə gətirən daha iki narkokuryer saxlanılıb VİDEO

Bakıda gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq “Challenge” turnirinin açılış mərasimi olub VİDEO

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 4 saylı cəzaçəkmə müəssisəsində açıq qapı günü keçirilib

Budapeşt şəhərində “Huma Quşu” Təhsilə Yardım Fondunun təqdimatı keçirilib

“Açıq büdcə indeksi-2023” üzrə Azərbaycanın mövqeyi onu ən qabaqcıl ölkələrə yaxınlaşdırıb

Rəşad Sadıqov: Sabah final oyunundan həzz almaq istəyirik

IDEA “Sevincini bölüş” kampaniyası çərçivəsində uşaqlar üçün növbəti aksiya keçirib

Şamaxıda uşaqlar üçün musiqili proqram təşkil edilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Müdafiə Nazirliyinin növbəti tədbiri keçirilib

Neftçalada “Yaşıl həyat uşaqların gözü ilə” adlı bayram şənliyi təşkil olunub

Naxçıvanda “Uşaqların rəngli dünyası” adlı bayram tədbiri təşkil olunub

Şirvanda “Dünyanı yaşıla boyayaq!" adlı rəsm sərgisi açılıb

“Qala” Qoruğunda Etno Fest

Cəlilabadda 17 yaşlı yeniyetmə suda boğulub

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib

Naxçıvanda polislər uşaqlara bayram sevinci yaşadıblar VİDEO

Tbilisidə “Yaşıl dünya” adlı rəsm sərgisi və əyləncəli tədbir təşkil olunub

Dənizkənarı Milli Parkda "Uşaqlar idmanı sevir" adlı festival keçirilib

Qurban Qurbanov: Penaltilər seriyasına psixoloji olaraq hazırlaşmışıq

Bəzi yerlərdə intensiv yağış yağacaq, çaylardan daşqın və sel keçəcək

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

Hazırda Bakıda və Abşeron yarımadasında küləyin sürəti saniyədə 24 metr təşkil edir

Bank kartlarından dələduzluq yolu ilə pul vəsaitini talayan şəxs saxlanılıb

Naxçıvanda məhkum valideynlərlə uşaqların görüşü təşkil olunub

Faktiki hava: Gədəbəy və Şahdağa dolu düşüb

Rəqəmsal Yaradıcı Həftəsonu çərçivəsində Gamesummit festivalının açılışı olub

Hərbi attaşelərin "N" hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub

Səhiyyə naziri: Qlobal istiləşmə ilə bağlı xəstəliklərin sayı artıb

Standard & Poor's” Makron hökumətinə ağır zərbə vurub

“Merik” və “Ağbulaq” SES-lərinin istismara veriləcəyi tarix açıqlanıb

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Dünyanı uşaqlara verək...

Nobel mükafatı laureatı Əziz Səncər Naxçıvanda səfərdədir

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib YENİLƏNİB

Uşaqların sağlamlığı Mərkəzi Gömrük Hospitalının prioritet məqsədlərindəndir

Əzizə Mustafazadə 7-ci Antalya Caz Festivalı çərçivəsində konsert verib

Astarada əlil uşaqlar üçün "Rəngli dünyamız" adlı tədbir keçirilib

Zərdab rayonunda oğrular isti izlərlə saxlanılıb

Naftalanda şəhid və qazi övladları ilə görüş təşkil edilib

“Sənətkarın dostu” layihəsinə start verilib

Naxçıvan şəhərində sürücü piyadanı vuraraq öldürüb

Tədqiqat: Maqnit qasırğası tufanların yaranmasına təsir edir

CAATS-a rəhbərlik Türkiyəyə keçəcək

Qaxda uşaqlara bayram sevinci bəxş olunub

Nazir müavini: Qiymətləndirmənin sivil bazasının formalaşdırılmasına nail olunub

Alimlər: Sevimli məşğuliyyət sağlamlığı möhkəmləndirir

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində uşaqlar üçün bayram tədbiri

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə maarifləndirici aksiya və fləş-mob keçirilib

Hüqo Qevara: Ötən tədris ili ABŞ-da 900-dən çox azərbaycanlı tələbə təhsil alıb

“Sərgüzəşti-vəziri xani-Lənkəran” növbəti dəfə səhnədə

Azərbaycan Respublikası Prezidentinin “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” 2017-ci il 4 aprel tarixli 1313 nömrəli və “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında” 2018-ci il 25 dekabr tarixli 434 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Uşaqların Beynəlxalq Müdafiəsi Günü “Azərxalça” ASC-də qeyd olunub

İyun ayında maqnit qasırğalarının günləri açıqlanıb

Nazir müavini: “Malıbəy” kiçik su elektrik stansiyasının icrası regionda iqtisadi aktivliyə təkan verəcək

Füzulidə şəhid uşaqları üçün bayram şənliyi təşkil olunub

Prezidentin xüsusi nümayəndəsi: İndiyədək Laçın rayonunda 9 su elektrik stansiyasının təməli qoyulub

Bu gün həm də Ümumdünya Valideynlər və Süd günləri qeyd olunur

ADNSU: XV Məzun-Karyera Sərgisində 1000-dən çox vakant iş təklif olunub

Laçında kiçik su elektrik stansiyasının təməli qoyulub

Hindistanda son 24 saatda istidən azı 85 nəfər ölüb

“James Webb” teleskopu ən uzaq qalaktikaları kəşf edib

“Bürc-Xəlifə”nin memarı göydələnləri qravitasiya batareyalarına çevirəcək

Xaçmazda şəhid övladlarının bayram sevinci VİDEO

Direktor: Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə ilkin olaraq 250-dən çox şagirdin təhsil alması nəzərdə tutulur

Almaniyada 900 min nəfəri hərbi qeydiyyata almaq təklif edilib

Sabah bəzi rayonlarda leysan olacaq, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq