Energetika naziri: Azərbaycanın Suriyaya nəql edəcəyi qazın potensial həcmi 6 milyon kubmetrdir
Kilis, 2 avqust, AZƏRTAC
Azərbaycan qazını Suriyaya nəql edən boruların günlük potensialı 6 milyon kubmetrdir. Sadəcə, ilkin mərhələdə 3,4 milyon kubmetr qazın nəqli nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bunu Suriyanın energetika naziri Məhəmməd Əl-Bəşir Azərbaycan qazının Türkiyə ərazisindən keçməklə Suriyaya nəqlinə dair keçirilən mərasimdən sonra jurnalistlərə açıqlamasında deyib.
“Azərbaycanlı qardaşlarımıza bu dəstəyə görə təşəkkür edirəm. Təbii ki, bu razılaşma hər iki ölkə başçısının sonuncu görüşündən sonra baş tutub. Bu, birbaşa Suriya xalqının rifahına və elektrik enerjisi ilə davamlı təminatına xidmət göstərəcək. Bu layihə sonuncu deyil, ilk layihədir. Bundan sonra da bizim birgə layihələrimiz olacaq. Azərbaycanın iqtisadiyyat naziri, qardaşım Mikayıl Cabbarov ilə də bir az öncə görüləcək işlərlə bağlı müzakirələr apardıq. Texniki qrupların qarşılıqlı şəkildə səfərləri təşkil olunacaq. Azərbaycanın Suriyada investisiya ilə bağlı proqram və layihələrini müzakirə etdik”, - deyə Suriyanın energetika naziri diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:32]
Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik
- 12.10.2026 [18:31]
Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb
- 12.10.2026 [18:27]
Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb
- 12.10.2026 [18:24]
AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
- 12.10.2026 [18:12]
Doqquz ayda 620 dövlət standartı qəbul edilib
- 12.10.2026 [17:28]