ƏRƏB DÖVLƏTLƏRİ İRAQIN TARİX ABİDƏLƏRİNİ QORUMAĞA ÇAĞIRIRLAR
AZƏRTAC-ın Sinxua agentliyindən aldığı xəbərdə deyilir ki, Qahirədə Ərəb Dövlətləri Birliyinin (ƏDB) üzvü olan ölkələrin informasiya və mədəniyyət nazirlərinin iclası keçirilir. Onlar beynəlxalq birliyi İraqdakı mədəni irsin qorunması üçün əməkdaşlığı möhkəmlətməyə və birgə səylər göstərməyə çağırmışlar. İclas iştirakçıları İraqın tarix abidələrinin qorunmasında ƏDB-nin iştirakı haqqında bu təşkilatın baş katibi Əmr Musanın təqdim etdiyi məruzəni nəzərdən keçirmiş, İraqın mədəni sərvətlərinin dünya sivilizasiyası üçün böyük əhəmiyyət daşıdığını və onların etibarlı şəkildə mühafizə olunması üçün müvafiq tədbirlər görülməsinin zəruriliyini yekdilliklə vurğulamışlar. Məsələ burasındadır ki, aprelin axırlarında Amerika-Britaniya koalisiyası Bağdadı aldıqdan sonra yaranmış nəzarətsizlik şəraitində kriminal ünsürlər İraq Milli Muzeyində və digər mədəniyyət idarələrində saxlanılan bütün bahalı və nadir eksponatları oğurlayaraq, satmaq üçün beynəlxalq cinayətkar qruplar vasitəsilə xaricə daşımışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:27]
Natəvanın şair qohumları ədəbi mühitə hansı töhfələri verib?
- 10.08.2026 [17:08]
Azərbaycanda ilk dəfə “AVAZ” Gənclərin Xor Düşərgəsi təşkil edilib
- 10.08.2026 [15:10]
Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış
- 10.08.2026 [14:55]
Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək
- 10.08.2026 [12:57]
Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva
- 10.08.2026 [12:53]
“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir
- 10.08.2026 [12:12]