ƏRƏB ÖLKƏLƏRİ MİSİRDƏ TURİZMİN İNKİŞAFINA 40 MİLYON DOLLAR AYIRACAQLAR
O bildirmişdir ki, bu vəsait Aralıq dənizi rayonunda turizmin inkişafına yönəldiləcəkdir. Bundan əlavə, Qırmızı dənizdə bir milyard dollar dəyərində “turizm limanı” tikiləcəkdir. Bu layihəni də region ölkələrinin sərmayədarları maliyyələşdirəcəklər.
Əhməd Nazifi 46 ölkənin 1000-dən çox siyasətçi və sahibkarının iştirak etdiyi üçgünlük foruma yekun vuraraq, Dəhab kurort şəhərində bu yaxınlarda törədilmiş terror aktına baxmayaraq, görüşün uğurla keçdiyini vurğulamışdır. O demişdir: “Forumun bu uğuru mahiyyət etibarilə Misirdə sabitliyə, Qahirənin böhranlı vəziyyətləri aradan qaldırmaq və islahatlara doğru irəliləmək bacarığına əminliyini təsdiq edən dünya birliyinin etimad müjdəsidir”.
Turizm və Süveyş kanalından istifadə Misir xəzinəsinin başlıca gəlir mənbəyidir. Turizm infrastrukturu əsasən ölkənin cənubunda, Qırmızı dəniz sahillərində və Nil çayı boyunca inkişaf edir. Misirin qədim abidələri də burada yerləşir. Son illər hökumət ölkənin şimal hissəsini, ilk növbədə, İsgəndəriyyəni fəal surətdə inkişaf etdirməyə başlamışdır. Misir burada əcnəbilərə yeni xidmət növləri, o cümlədən çoxlu kataklizm nəticəsində suyun altında qalmış qədim Roma dövrü abidələrinə baxmaq üçün sualtı turizm təklif edir. Antik dövrə məxsus abidələrin əksəriyyəti artıq suyun altından qaldırılmışdır və İsgəndəriyyədə tikilən muzeydə nümayiş etdiriləcəkdir.