Erməni faşistlərinin azərbaycanlılara qarşı törətdiyi soyqırımı aktı bəşəriyyət üçün tarixi ibrət dərsidir
Bakı, 31 mart (AZƏRTAC). Martın 31-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə alayında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə faciə qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Alayın komandiri ədliyyə polkovniki Mehman Məmmədov həmin dövrdə baş vermiş tarixi hadisələrə nəzər salaraq qeyd etmişdir ki, 1918-ci ilin martında erməni faşistlərinin azərbaycanlılara qarşı törətdiyi soyqırımı aktı bəşəriyyət üçün tarixi ibrət dərsidir. Uzun illər bu hadisələr gizli saxlanılmış, həqiqətlər təhrif edilmiş və ya tamamilə gizlədilmişdir.
Məhz ümummilli lider Heydər Əliyevin ciddi səyləri nəticəsində həmin hadisələr ətraflı araşdırılmış və “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” kimi tarixə yazılmışdır.
Tədbirin sonunda “Space” Müstəqil Teleradio Şirkətinin hazırladığı “Tarixin bir günü və ya bir günün tarixi” adlı sənədli film nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]