“Erməni məsələsi: xəyanəti, deportasiyanı, soyqırımı və işğalı pərdələyən yalan” kitabının təqdimatı olmuşdur
Gəncə, 31 mart (AZƏRTAC). Gəncə ziyalıları 31 mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı “dəyirmi masa” keçirmişlər.
AZƏRTAC xəbər verir ki, Gəncə Dövlət Universitetində keçirilən “dəyirmi masa”da çıxış edənlər əsrlər boyu Qafqazda məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində azərbaycanlıların üzləşdikləri fəlakətləri, həmçinin qanlı aksiyalar zamanı ölkəmizin yüzlərlə yaşayış məntəqəsinin yerlə-yeksan olduğunu faktlarla iştirakçıların diqqətinə çatdırmışlar.
“Dəyirmi masa” çərçivəsində tarix elmləri doktoru Həsənbala Sadıqovun bu yaxınlarda çapdan çıxmış “Erməni məsələsi: xəyanəti, deportasiyanı, soyqırımı və işğalı pərdələyən yalan” kitabının təqdimat mərasimi olmuşdur.
Tarixi faktlar əsasında yazılmış kitabda erməni daşnaklarının Gəncə quberniyasında, Qubada, Xaçmazda, Şamaxıda, Lənkəranda və Muğan qəzalarında iki əsr ərzində törətdikləri qanlı hadisələrin olduğu kimi verilməsi erməni yalanlarını ifşa edən sanballı mənbə kimi yüksək qiymətləndirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]