Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənilər dərketmə mərhələsinin başlanğıcında

Ermənilər dərketmə mərhələsinin başlanğıcında

Bakı, 16 fevral, AZƏRTAC

Bütün cəmiyyətlərdə hərbi məğlubiyyətdən sonrakı dövrün özünəməxsus, amma ümumi qanunauyğunluğa əsaslanan ictimai-sosial yaşantıları olur. Konfliktologiya mütəxəssislərinin rəyinə görə, hərbi məğlubiyyətdən sonra cəmiyyət bu spesifik yaşantılarla bir neçə mərhələni adlamalıdır: Məyusluq, qəzəb, qisasçılıq, reallığın dərkedilməsi və nəhayət, məğlubiyyətin qəbul edilməsi.

“Böyük Ermənistan” xülyası ətrafında qonşularımızın 100 ildən çox davam edən mif yaradıcılığı Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə birdəfəlik məhv edildi. Erməni cəmiyyətində post-müharibə dövrünün sarsıntıları mütəxəssislərin müəyyən etdiyi ardıcıllıqla davam etməkdədir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

Deputat deyib: “Məyusluq elə sentyabrın 27-də başlanmışdı və bu Ermənistan parlamentində müzakirələr zamanı özünü təmkinli göstərməyə çalışan siyasətçilərin davranışında aydın görünürdü. Sonrakı 44 gün ərzində getdikcə dərinləşən məyusluq və qorxunu isə erməni cəmiyyəti artıq gizlədə bilmirdi, utanc və həya hissləri kütləşmiş ermənilər acizanə yalvarışlarla bütün dünyadan imdad diləyirdilər. 10 noyabr tarixli üçtərəfli Bəyanatının imzalanmasından dərhal sonra Yerevanda baş verənlər ermənilərin qəzəb fazasına keçidinin nümayişi idi. Cəmiyyət öz qəzəbini hökumət evində və parlament binasında baş verən dağıdıcılıq və qarətçiliklə soyutmağa cəhd göstərirdi. Amma təbiətən qorxaq və hiyləgər olan ermənilər bu mərhələni də sürətlə keçdilər. 17 siyasi partiyanın birləşdiyi “Vətənin xilası naminə hərəkat” fasiləsiz mitinqlərə çıxaraq qisasçılığa çağırdılar. Psevdo-siyasətçilərin qisas şüarları, ilk növbədə, ölkənin hakimiyyətinə və şəxsən baş nazirə qarşı yönəlmişdi. Guya hakimiyyətin devrilməsindən sonra silahlanıb itirilmiş torpaqları geri alacaqdılar. Lakin birləşmiş müxalifətin cəmi 1-2 həftə davam edən mitinqləri tez bir zamanda seyrəlməyə başladı və fürsətdən istifadə edərək qisasçılıq zəminində siyasi hakimiyyətə gəlməyə cəhd edənlər küçələrdə tək-tənha qaldılar. Beləliklə, ermənilər ilk üç mərhələni çox sürətlə keçdilər. Növbəti mərhələ erməni ağlının məntiqi ilə uzlaşmayan reallığın dərk edilməsi fazasıdır. Bax, burada bir az səbirli olmağımız lazım gələcək. Çünki 100 ildən çox bir müddət ərzində beyinləri miflərlə doldurulmuş ermənilərin reallığı dərk etməsi o qədər də asan olmayacaq. Buna baxmayaraq, dünyanın müxtəlif bölgələrində, o cümlədən Ermənistanın özündə yaşayan bir neçə erməni ziyalısı öz soydaşlarının reallığı dərk etmələrinə kömək etməyə çalışırlar.

ABŞ-ın Lixay Universitetinin siyasi elmlər doktoru Arman Qriqoryan ABŞ İnkişaf Agentliyinin himayəsi altında fəaliyyət göstərən “Viewpoint” saytına verdiyi müsahibədə Ermənistanda məğlubiyyətdən sonrakı durumu dəyərləndirərkən belə deyir: “Həyatımızın bütün sahələrinə nüfuz etmiş “neokonservatizm” və “ermənilik” intellektual sahəni təhrifə məruz qoyub. Bir çoxlarına, o cümlədən hətta hakimiyyətin ən yüksək pillələrində oturanlara da elə gəlir ki, reallıq plastilin kimi bir materialdır və onlar onu istədiyi formaya sala bilərlər”.

Amerikalı erməni alim məhz indi, məğlubiyyətdən sonra ermənilərə yanlış yolda olduqlarını başa salmağın mümkünlüyünə inanır və buna çalışır. O deyir: “Məğlubiyyət onilliklər ərzində guya qoruyucu qalxan kimi başımız üzərindən asılmış, əslində isə tələ rolunu oynayan “dənizdən dənizə Ermənistan” kimi mifik arzuların və “Ana vətən” kimi millətçi şüarların yeni şərhini verməyə kömək edə bilər. Məsələn, uydurma “erməni məsələsi” tarixi Ermənistanın bütün əraziləri üzərində müasir Ermənistanın suverenliyinin bərpa edilməsi kimi müəyyən edilib. Ağlı başında olan istənilən adama aydın olmalıdır ki, praktiki məqsəd kimi bu bir cəfəngiyatdır və onun heç vaxt reallığa çevrilmək şansı yoxdur. Buna baxmayaraq bizdə bu ideyanı təbliğ edən bütöv bir sənaye qurulub. Onlar öz təbliğatlarında “tarixi ədalət” anlayışına istinad edir, özlərini və başqalarını da inandırmağa çalışırlar ki, guya uydurma “tarixi ədalət” ideyasının hansısa bir siyasi əhəmiyyəti var.”

1994-1997-ci illərdə Ermənistan prezidenti Levon Ter-Petrosyanın baş müşaviri və Təhlükəsizlik Şurasının katibi vəzifələrində çalışmış, hazırda Miçiqan Universitetinin professoru Jerar Libaridyan bir sıra müsahibə və məqalələrində erməni siyasətçilərinin yol verdiyi yanlışlıqlara aydınlıq gətirərək məğlubiyyəti qəbul etməkdən başqa bir yolun olmadığını söyləyir.

Otuz ilə yaxın müddətdə Ermənistanda aparılan faşizm siyasətinə etirazını bildirərək ölkəni tərk etmiş, hazırda xaricdə yaşayan erməni siyasi fəallarının da bir hissəsi Azərbaycanın qələbəsini haqlı və ədalətli nəticə hesab edir və erməni cəmiyyətinə öz mesajlarını “YouTube” kanalları vasitəsilə çatdırırlar.

Ermənistan cəmiyyətinin özündə də dərketmə prosesinin ilk işartıları görünməkdədir. Erməni sosial şəbəkələrində Azərbaycan və Türkiyə ilə sərhədlərin açılmasını dəstəkləyən, eləcə də Köçəryan-Sarkisyan cütlüyünün və digər revanşist qüvvələrin siyasi hakimiyyətə qayıtmaq istəklərinə qəti etiraz edən vətəndaşların sayı artmaqdadır. Bu günlərdə yayımlanmış belə video-çıxışlardan birində erməni hüquq müdafiəçisi İşxan Verdiyan Paşinyana qədər hakimiyyətdə olmuş bütün siyasətçiləri canilər və erməni xalqının düşmənləri adlandırır, onların ən ağır cəzaya layiq olduqlarını bildirir. İşxan Verdiyan Paşinyandan təcili olaraq Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımağı tələb edir, Azərbaycan və Türkiyənin tarix boyu ermənilərə əl tutduğunu, öz xalqının isə türk xalqına qarşı nankorluq göstərdiyini deməkdən belə çəkinmir.

Beləcə, erməni cəmiyyətində reallığın dərk edilməsi prosesi başlayır. Reallığın doğru və obyektiv dərk edilməsi isə, ilk növbədə, erməni xalqının özünə hava-su kimi lazımdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub