Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənilərin 1918-ci il mart-aprel aylarında Azərbaycanda törətdikləri soyqırımları

Ermənilərin 1918-ci il mart-aprel aylarında Azərbaycanda törətdikləri soyqırımları

Bakı, 31 mart, AZƏRTAC

1918-ci il 31 mart soyqırımına qədər ermənilər azərbaycanlılara qarşı bir çox soyqırımları törədiblər. Belə ki, XIX əsrin sonlarından etibarən Çar Rusiyası tərəfindən Cənubi Qafqaza köçürülən ermənilər ilk olaraq, bir çox cinayətlər həyata keçirən terror təşkilatları yaratdılar. Onlar dövlət yaratmaq və sonralar ərazilərini genişləndirmək üçün terror metodundan istifadə etdilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, siyasi elmlər doktoru, politoloq Ramilə Dadaşova söyləyib. O deyib: “Ermənilər 1905-1907-ci illərdə azərbaycanlılara qarşı soyqırımları törədiblər. Birinci Dünya müharibəsi (1914-1918) zamanı Çar Rusiyasının Şərq cəbhəsində uğur qazanmaq cəhdi Türkiyədə erməni fitnəkarlığının kütləviləşməsi ilə müşayiət olunub. Çar Rusiyası İstanbula, onun ətrafındakı boğazlara, Şərqi Anadoluya yiyələnmək, Türkiyəni zəiflətmək və Cənubi Qafqazda möhkəmlənmək üçün erməni silahlı dəstələrindən istifadə ediblər. Çar ordusunda 300 min erməni vuruşmaqla yanaşı, Erməni Milli Şurası Çar Rusiyası ilə ermənilərin könüllü dəstələrinin — drujinalarının yaradılması barədə razılaşmışdı. Nəticədə erməni hərbi dəstələri I Dünya müharibəsi illərində Şərqi Anadoluda və Qafqazda dinc müsəlman əhaliyə qarşı görünməmiş cinayətlər törədiblər.

Erməni könüllü dəstələrinin formalaşmasında Daşnaksutyun və Hnçak terror təşkilatları fəal rol oynayıblar. Türkləri qətlə yetirmək məqsədilə daşnaklar 40 min ermənini döyüşə cəlb ediblər. Hərbi dəstələrə öz qəddarlıqları ilə tanınan terrorçular - Andranik Ozanyan, Dro, Hamazasp, Keri, Xeço, Vardan başçılıq edib. Onlar Sarıqamışdan Ərzuruma qədər türklərə qarşı vuruşublar. Eyni zamanda, çar ordusu və ermənilər Türkiyədə məskunlaşan ermənilərin dövlətə qarşı üsyanını təşkil ediblər. Fransa, İngiltərə, ABŞ ordusunda daha 50 min erməni türklərə qarşı vuruşurdu. Ermənilərə Böyük Britaniya, ABŞ və Fransa da müəyyən maliyyə yardımı göstərirdi. Müharibədə iştirak edən ermənilər daxildə üsyan edən ermənilərlə birləşməli və Türkiyə dövlətini devirməli idilər. Növbəti erməni planlarının iflasından sonra daşnak liderləri ordularını Şərqi Anadoludan çıxararaq Azərbaycan torpaqlarının qərbinə yönəltdilər. Türk dövlətinə qarşı xəyanət edən ermənilər məğlubiyyətə uğradıqdan sonra onların Qafqaza növbəti kütləvi köçü başlandı. Bu dövrdə köçənlərin sayı təxminən 300-500 min olub.

1905-1906-cı illər qətliamlarında azərbaycanlıların sayı azalsa da, bölgədə etnik üstünlük azərbaycanlılara məxsus olub. Bakı quberniyasında da azərbaycanlı əhalinin üstünlük təşkil etməsinə baxmayaraq, 1917-ci ilin noyabrından sonra rəhbərlik ermənilərin əlinə keçdi. 1917-ci il martın 7-də 52 üzvdən ibarət Bakı Soveti yaradıldı. Orada bir nəfər də olsun azərbaycanlı təmsil olunmurdu. Cənubi Qafqazın bolşevikləşdirilməsi üçün V.İ.Lenin S.Şaumyanı Qafqazın müvəqqəti fövqəladə komissarı təyin etdi. Rusiyada 1917-ci il Oktyabr çevrilişi və Qafqaz cəbhəsindəki rus əsgərlərinin silahları ataraq öz ölkələrinə getmələri erməni daşnaklarının fəaliyyətinə təkan verdi. Qafqaz cəbhəsindən geri qayıdan əsgərlər vətənə qayıtmaq əvəzinə Azərbaycanın İrəvan, Şərur-Dərələyəz, Dağlıq Qarabağ, Bakı və başqa ərazilərinə gəlirdilər. Digər tərəfdən, Türkiyə ərazisindən qaçan ermənilər də Azərbaycanın qərb torpaqlarında məskunlaşırdılar. Bakıda Azərbaycan milli qüvvələrinin sayca az və zəif silahlanmış olduğunu yaxşı bilən Şaumyan milli qırğına hazırlaşırdı. Ermənilər və azərbaycanlılar arasında düşmənçilik bolşeviklərin xeyrinə idi. 1918-ci il martın 17-də silahla ehtiyatsız davranışdan həlak olmuş H.Z.Tağıyevin oğlu Məhəmməd Tağıyevin cənazəsini Bakıya gətirən müsəlman diviziyasının 48 nəfərdən ibarət kiçik bir dəstəsi bolşevikləri təşvişə saldı. Dəfndə iştirak edən müsəlman dəstəsi “Evelina” gəmisi ilə Lənkərana geri qayıtmalı idi. Ermənilər şayiə yaydılar ki, bu zabitlər Muğandakı malakan kəndlərini dağıtmaq barədə göstəriş alıblar. Bunu bəhanə gətirərək Şaumyanın göstərişi ilə silahlı bolşeviklər müsəlman dəstəsinin tərksilah olunmasnı tələb etdilər. Müsəlman dəstəsinin rədd cavabına tüfənglərdən və pulemyotlardan atəşlə cavab verildi. Martın 30-da axşamdan etibarən dinc əhaliyə qarşı soyqırımı törədilməyə başlanıldı. Ermənilər Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Salyanda, Göyçayda və başqa yеrlərdə azərbaycanlılara qarşı soyqırımını qəddarlıqla həyata keçirdilər, uşaq, qadın, qoca fərq qoyulmadan, qulaqlarını, burunlarını kəsmiş, qarınlarını yırtmışdılar. Hücum ərəfəsində bütün ermənilər məqsədyönlü olaraq şəhərin müsəlmanlar yaşayan hissəsindən erməni yaşayan hissəsinə keçdilər. Müsəlmanlar yaşayan hissədə xristian əhalisindən ruslar və gürcülər qalmışdılar. Bakı qırğınında Y.Kоrqanоv və Pеtrоvla birlikdə A.Mikоyanın, Hamazaspın, Avеtisyanın, Lalayanın quldur dəstələri xüsusi fəallıq göstəriblər.

Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Fövqəladə İstintaq Komissiyasının sənədlərinə əsasən, 1918-ci ilin martında Bakıda təxminən on bir min azərbaycanlı qətlə yetirilib. Şahidlərin ifadələrinə görə, ermənilər cinayətlərini ört-basdır etmək üçün meyitləri yanan evlərə, dənizə və quyulara atıblar. İçərişəhərdə yaralıların yerləşdirildiyi xəstəxana Mikoyanın başçılığı altında yandırılıb, təxminən 2000 xəstə yanaraq həlak olub, qaçmaq istəyənlər güllələnib. Mart ayının əvvəlində təxminən üç min erməni silahlısı Bakıdan Şamaxıya gəlib. Şamaxıda azərbaycanlıların qətliamı bir neçə gün davam edib. İstintaq materiallarına əsasən, Şamaxının əlli üç kəndində ermənilər 8027 nəfər, o cümlədən 4190 kişi, 2560 qadın və 1277 uşaq öldürüblər. Kəndlərə dəyən ümumi zərər 339,5 milyon manat dəyərində idi. 1918-ci ilin ilk beş ayında Qubada Hamazaspın dəstəsi tərəfindən ümumilikdə 16 000 nəfər öldürülüb. Lənkəranda iki min nəfər qətlə yetirilib. Zəngəzurun 115 kəndində 10068 nəfər, o cümlədən 3257 kişi, 2276 qadın və 2198 uşaq öldürülüb, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanıb. 1918-ci ilin avqustunda İqdırda və Eçmiədzin qəzasında Dronun (Drastamat Kanayan) əmri ilə 60-dan çox müsəlman kəndi məhv edilib və yandırılıb. İrəvanda 88 kənd məhv edilib, 1920 ev yandırılıb, bir neçə ay ərzində 132 000 azərbaycanlı öldürülüb. Lakin qətl edilənlərin sayı göstərilən bu rəqəmlərdən çox olub. Belə ki, müsəlmanlar terror yolu ilə qaçmağa məcbur edilərkən öldürülənlərin çoxunun kimliyi, sayları məlum olmayıb. Ümumilikdə 1918-1920-ci illərdə indiki Ermənistan ərazisində yaşayan 575 min azərbaycanlıdan 351 mini öldürülüb, qalanları doğma yurdlarından terror yolu ilə didərgin salınıb.

1917-1918-ci illərdə erməni daşnakları azərbaycanlılara qarşı kütləvi qırğınlar törədərkən, ən çoх ziyan çəkən bölgələrdən biri də Cənubi Azərbaycan olub. Bir sutka ərzində Urmiyada öldürülənlərin sayı 10 min nəfərə çatıb. 1918-ci ilin birinci yarısında Urmiya, Хoy, Səlmas və azərbaycanlıların yaşadığı digər yerlərdə dəhşətli soyqırımları törədilib. 1918-ci ildə erməni terroru nəinki Azərbaycanda, Cənubi Qafqazda, həmçinin Fərqanə vadisində, bütün Mərkəzi Asiyada da tüğyan edib.

Uzun illər 1918-ci ilin mart hadisələri obyektiv araşdırılmayıb, baş vermiş soyqırımına hüquqi qiymət verilməyib. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə hüquqi-siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Bu tarixdən etibarən aparılan araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər üzə çıxarılıb, 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş, soyqırımı qurbanlarının sayının qat-qat çox olduğu sübut edilib. Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunub. Bu gün də soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması üçün mühüm işlər həyata keçirilir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabunçuda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq

ABŞ-nin neft ehtiyatları azalır

Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb

İstanbulda bina çöküb, dağıntıların altında qalanlar var

İsmət Çətin: “Türk dili və ədəbiyyatının tədrisi” sipoziumu Türk dünyasının elmi əməkdaşlığına xidmət edir

Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir

İdeoloji təhlükəsizlik: yeni mərhələnin yeni çağırışı - ŞƏRH

Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Professor Mahirə Hüseynova: Türk dünyasının dilləri arasında kəskin fərqlər yoxdur

Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq

Prezident İlham Əliyev: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb

“Mən öz ağacımı əkmişəm”... - həyat yoldaşının şəhid Denis Əliyev haqqında xatirələri

Əhməd Bican Ərcilasun: Türk dili və ədəbiyyatının tədrisində dilin dərin qatlarının öyrənilməsi vacibdir

Qusarda yol infrastrukturu yenilənir – Piral kəndində 3,1 kilometr yol asfaltlanıb

Prezident: Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib

NASA Mars şəfəqinin qeyri-adi görüntüsünü yayımlayıb

Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub

Prezident Kitabxanasında növbəti dəyirmi masa bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunub

Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

Öhdəliklərin icrasından yayınan Ermənistan, mənasını itirən Beynəlxalq Qızıl Xaç Komitəsi – TƏHLİL

ADU-da “Türk dili və ədəbiyyatının tədrisi” IV Beynəlxalq simpoziumunun açılışı olub

Akif Quliyev: 16 nəfərə aid qalıqlar götürülüb və məhkəmə tibbi ekspertizaya təhvil verilib

ADU rektoru: Simpoziumun əsas məqsədlərindən biri gənc alimlər arasında elmi əlaqələrin qurulmasıdır

Dövlət Xidmətinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib

Ekspert: Bakıda əmlak qiymətlərinin yüksək olmasında infrastruktur imkanları əsas amillərdəndir

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

“Axios”: ABŞ ordusuna İrana hücum üçün hazırlıqlı olmaq əmri verilib

Medef: Fransa dövlət xərclərini azaltmalıdır

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir YENİLƏNƏCƏK

Yenilənmiş qanunvericilik Texnopark rezidentlərinin sayını iki dəfə artırmağa imkan verəcək - ŞƏRH

Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artıb

Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək

Rəqəmsal texnologiyalar türk dili və ədəbiyyatının tədrisində: yeni imkanlar və çağırışlar

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir

İribuynuzlu heyvanların aqrar sığortası fermerlərə maliyyə risklərindən qorunmağa imkan verir

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bu gün Nizami rayonunun bir sıra ərazisinə qazın verilişi dayandırılacaq

Azərbaycan Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının Məşvərət Komitəsinə yenidən üzv seçilib

Azərbaycan və Mərkəzi Asiya: Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi TƏHLİL

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi VİDEO

Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Səməd Vurğunun oğlu: Ola bilsin, Stalinlə söhbəti Səməd Vurğunu repressiyadan xilas edib

Bakının və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Bəzi rayonlarda elektrik enerjisinin verilişində fasilələr olacaq

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Şəkinin tarixi məkanları və görməli yerləri ukraynalı uşaqlarda xoş təəssürat yaradıb

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim dalğasına qeydiyyat başladı

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq VİDEO

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib VİDEO

Ukraynanın Priluki şəhərinə endirilən zərbə nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb VİDEO

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans davam edir

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB VİDEO

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər

Bu gün Ümumdünya Görmə Günüdür

Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır