Ermənistanda bir hərbçi öldürülüb, biri isə ağır yaralanıb
Tbilisi, 13 dekabr, AZƏRTAC
Ermənistanda hərbçilərlə mülki şəxslər arasında əlbəyaxa dava olub. Nəticədə bir hərbçi zabit öldürülüb.
AZƏRTAC Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə İrəvandakı Vazgen Sarkisyan adına hərbi universitetin yaxınlığında baş verib. Müdafiə Nazirliyinin 5 zabiti ilə 3 nəfər mülki şəxs arasında mübahisə olub. Sonra isə hərbçilərlə mülki şəxslər dava ediblər.
Mübahisəyə mülki şəxsin hərbçilərə olan pul borcunu qaytarmamasının səbəb olduğu bildirilir. Həmin şəxs hərbçilərin ünvanına təhqiramiz ifadələr işlədib. Bundan sonra bıçaqla baş leytenant Gevorq Marqaryan və David Sayadyana ağır bədən xəsarəti yetirib. Təcili yardım maşını onları tibb mərkəzinə çatdırıb. Sonuncu xəstəxanada ölüb.
Hadisə ilə əlaqədar cinayət işi başlanıb. Hadisənin başvermə şəraitinin tam aydınlaşdırılması üçün ilkin araşdırma aparılır. Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan hərbi qulluqçularla bağlı təfərrüatları açıqlamaq istəməyib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:13]
Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib
- 07.10.2026 [11:12]
Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb
- 07.10.2026 [11:11]
BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib
- 07.10.2026 [10:21]
Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peyki orbitə göndərib
- 07.10.2026 [09:36]
Kiyev raketlərlə vurulub, ölənlər var
- 07.10.2026 [09:06]
Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır
- 07.10.2026 [07:38]
Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib
Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb
- 06.10.2026 [23:47]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
- 06.10.2026 [22:46]
Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar
- 06.10.2026 [21:45]
Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi
- 06.10.2026 [20:59]