Ermənistanda daha bir general barəsində axtarış elan olunub
Tbilisi, 30 noyabr, AZƏRTAC
Ermənistan ordusunun yüksək rütbəli zabiti, general-polkovnik Qriqori Xaçaturov barəsində axtarış elan edilib.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, Q.Xaçaturov Cinayət Məcəlləsinin qabaqcadan razılaşma yolu ilə bir qrup şəxs tərəfindən rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma, ehtiyatsızlıqdan ağır zərər vurma ilə nəticələnən maddələr ilə axtarışdadır.
Qeyd edək ki, Qriqori Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi general-mayor Yuri Xaçaturovun oğludur.
Məlumat üçün xatırladaq ki, Q.Xaçaturov Ermənistanın İkinci Qarabağ müharibəsində məğlubiyyətindən sonra 2021-ci ildə Baş nazir Nikol Paşinyanın istefasını tələb edən bir neçə yüksək rütbəli hərbi məmurun imzaladığı memorandumun həmmüəllifi olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]