Ət idxalı artıb
Bakı, 20 may, AZƏRTAC
Bu ilin yanvar-aprel aylarında 14,2 min ton ət idxal edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən ətin dəyəri 24,9 milyon dollar olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə dəyəri 21,1 milyon dollar olmaqla 12,2 min ton ət idxal edilib.
Hesabat dövründə süd və qaymaq idxalında artım olub. Belə ki, dörd ayda 4050 ton süd və qaymaq idxal edilib. İdxalın dəyəri 8,9 milyon dollar olub. Ötən ilin müvafiq dövründə dəyəri 5,6 milyon dollar olan 3840 ton süd idxalı həyata keçirilib.
Kərə yağı və süddən hazırlanmış digər yağların idxalında isə azalma olub. Bu müddətdə 6197 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib ki, bunun dəyəri 34,4 milyon dollar olub. Ötən il 39,8 milyon dollarlıq 7250 ton kərə yağı və süddən hazırlanmış digər yağların idxalı həyata keçirilib.
Dörd ayda 163,8 min ton tərəvəz və meyvə idxal edilib. İdxal olunan tərəvəz və meyvənin dəyəri 101,3 milyon dollar olub. Keçən il dəyəri 101,5 milyon dollar olmaqla 178,7 min ton tərəvəz və meyvə idxal edilib.
Bitki və heyvan mənşəli piylər və yağların idxalında da azalma baş verib. Hesabat dövründə 41,9 min ton bitki və heyvan mənşəli piylər və yağlar idxal edilib. İdxalın dəyəri 59,2 milyon dollar təşkil edib. 2022-ci ilin eyni dövründə 91,6 milyon dollarlıq 57 min ton bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub.