Etilen-Polietilen Zavodunda baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir – YENİLƏNİB
Bakı, 13 iyun, AZƏRTAC
Məlumat verildiyi kimi, Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda yanğının yayılmasının qarşısının alınması və məhdudlaşdırılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
12:10
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [19:57]
“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO
- 30.09.2026 [17:06]