“Ətraf mühitin mühafizəsində gənc nəslin rolu” mövzusunda “dəyirmi masa” keçirilmişdir
Bakı, 5 iyun (AZƏRTAC). İyunun 5-də Orxus İctimai Ekoloji İnformasiya Mərkəzində ali məktəb tələbələrinin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması məqsədi ilə “Ətraf mühitin mühafizəsində gənc nəslin rolu” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tələbələrlə yanaşı, ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi tədbirdə dövlətin ekologiya sahəsində həyata keçirdiyi uğurlu siyasət və bu istiqamətdə gənc nəslin fəal rolundan danışılmışdır. Çıxışlarda gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılmasının zəruriliyi diqqətə çatdırılmışdır.
Tədbir iştirakçılarına iqlim dəyişmələri, yaşıl iqtisadiyyat və davamlı inkişaf və s. mövzularda geniş informasiya verilmiş və onların sualları cavablandırılmışdır.
“Dəyirmi masa”da ətraf mühitin mühafizəsi sahəsində mövcud problemlərin aradan qaldırılması məqsədi ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin, əhali arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyi bildirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]