Əvvəllər məhkum olunmuş şəxsdən yarım kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb
Bakı, 28 noyabr, AZƏRTAC
Polis əməkdaşları narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatları davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mikayılov Xətai rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 500 qramdan artıq marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.