Extreme E seriyasının birinci mövsümünün startı yenidən təxirə salınıb
Bakı, 14 yanvar, AZƏRTAC
Extreme E seriyasının birinci mövsümü planlaşdırılan vaxtda baş tutmayacaq.
AZƏRTAC xəbər verir ki, martın 20-21-də Səudiyyə Ərəbistanında başlamalı olan mövsüm təxirə salınıb. Onun ləğv edilməsinin səbəbi kimi koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlər göstərilir. İndi mövsümün Səudiyyə Ərəbistanında başlayacağı nəzərdə tutulsa da, aprelin 3-4-də start götürəcəyi güman edilir. İştirakçılar daha sonra Seneqal, Nepal və Braziliyada olacaqlar. Bununla da, dekabrın 11-12-də Argentinada mövsümün başa çatacağı planlaşdırılır.
Qeyd edək ki, Extreme E-də mövsümün başlanğıcı ikinci dəfə təxirə salınıb. Bundan əvvəl seriyanın yanvarda Seneqaldakı mərhələ ilə başlayacağı nəzərdə tutulmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]