Federika Moqerini barəsində aparılan istintaqla əlaqədar rektor vəzifəsindən istefa verib
Berlin, 4 dekabr, AZƏRTAC
Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə sabiq ali nümayəndəsi Federika Moqerini Brüqqe şəhərindəki Avropa Kollecinin (College of Europe) rektoru vəzifəsindən istefa verib.
AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, F.Moqerini bu barədə açıqlamasında barəsində korrupsiya ittihamı üzrə aparılan istintaq tədbirləri ilə əlaqədar istefa vermək qərarına gəldiyini bildirib. “Vəzifə borclarımı həmişə yüksək intizam və ədalət prinsipləri ilə yerinə yetirmişəm. Bu çərçivədə bu gün Avropa Kollecinin rektoru vəzifəsindən istefa vermək qərarına gəldim”, - deyə o qeyd edib.
Xatırladaq ki, Avropa Prokurorluğu F.Moqerini, onun müavini Çezare Zeqretti və Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) sabiq baş direktoru Stefano Sanninı barəsində cinayət işi başladıb. Onlar satınalmalarda dələduzluq, korrupsiya, maraqların toqquşması və xidməti sirlərin pozulmasında təqsirləndirilir. F.Moqerini istefasından əvvəl özünü günahsız hesab etdiyini və heç bir cinayət törətmədiyini bildirmişdi.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]