FƏLƏSTİN MUXTARİYYƏTİNİN BAŞÇISI MOSKVADA SƏFƏRDƏDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbas Moskvaya rəsmi səfərə gəlmişdir. Rusiya Prezidenti Vladimir Putin ilə danışıqlar zamanı tərəflər ikitərəfli əməkdaşlıq, habelə Yaxın Şərqdə vəziyyətin tənzimlənməsi problemini müzakirə etmişlər.
Danışıqların yekunlarına dair birgə bəyanat qəbul edilmişdir. Bəyanatda deyilir ki, Rusiya İsrail ilə fələstinlilər arasında qarşıdurmaya son qoyulması istiqamətində Fələstinin yeni rəhbərliyinin atdığı addımları dəstəkləyir. Rusiya və Fələstin hökumətləri “yol xəritəsi”nin həyata keçirilməsinə, habelə Yaxın Şərq probleminin nizama salınmasında vasitəçilərin aparıcı rol oynamasına tərəfdardırlar.
Birgə bəyanatda həmçinin bildirilir ki, sənədi imzalayan tərəflər İraqın müstəqilliyinə və ərazi bütövlüyünə ardıcıl surətdə hörmət olunmasına tərəfdardırlar və ölkədə gedən siyasi prosesi dəstəkləyirlər.
İkitərəfli danışıqlar zamanı Rusiya Prezidenti Yaxın Şərq münaqişəsinin həllinə dəstək verəcəyini vəd edərək, ümidvar olduğunu bildirmişdir ki, Mahmud Abbas İsraillə münasibətlərin yaxşılaşdırılmasına və Fələstinin iqtisadi inkişafında müsbət nəticələr əldə edilməsinə nail olacaqdır. Mahmud Abbas isə demişdir ki, hazırda regionda sülhə nail olmaq üçün tarixi şans yaranmışdır və şübhəsiz, Rusiyanın vasitəçilər arasında olması Yaxın Şərqdə sülhün bərqərar olmasında həlledici rol oynayacaqdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]