FƏQAN EMİNOĞLU CÜDO ÜZRƏ BEYNƏLXALQ TURNİRİN QALİBİ OLMUŞDUR
Bakı, 1 iyul (AZƏRTAC). Türkiyənin İstanbul şəhərində kişilər və qadınlar arasında cüdo üzrə “Boğaziçi” ənənəvi beynəlxalq turnir başa çatmışdır. İki gün davam etmiş turnirdə Azərbaycan idmançıları 1 qızıl, 2 gümüş və 8 bürünc medal qazanmışlar.
Fəqan Eminoğlu 66 kiloqram çəki dərəcəsində qızıl medala layiq görülmüşdür. Nadir Babayev (73 kq) və Fariz Ramizzadə (100 kq) gümüş medalların sahibi olmuşlar. Bürünc medalları isə Turan Seyidli (52 kq), Afaq Sultanova (57 kq), Mirzə Əsgərov və İlqar Müşkiyev (hər ikisi 60 kq), Emin Həsənov (66 kq), Elçin Qasımov (73 kq), Fərid Babayev və Emin Tahirov (hər ikisi 100 kiloqramdan yuxarı) əldə etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]
Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
- 16.10.2026 [10:13]