Fərdi təsərrüfatda saxlanılan qonur ayının vəhşi təbiətə buraxılması istiqamətində tədbirlər görülür
Bakı, 27 fevral, AZƏRTAC
Quba rayonunda fərdi təsərrüfatlardan birində adı Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşən qonur ayının götürülərək vəhşi təbiətə buraxılması istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tədbirlər görülür.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
Mətbuat katibi, həmçinin deyib: “Qonur ayı götürülərək baytar həkim tərəfindən müayinə olunacaq, sağlam olduğu təqdirdə vəhşi təbiətə buraxılacaq. Əgər ayıda hər hansı xəstəlik aşkar edilərsə, o zaman nazirliyin Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil veriləcək və reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.
Qanun pozucusu barəsində protokol tərtib edilərək o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunacaq”.
İradə İbrahimova bildirib ki, belə xətalara yol verən fiziki şəxslər 200 manatdan 500 manatadək, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 5000 manatdan 7500 manatadək cərimə olunur.
Belə hallarla rastlaşan hər bir vətəndaşdan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”inə müraciət etmələri xahiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]