FESTİVAL-MÜSABİQƏNİN RAYON MƏRHƏLƏSİ BAŞA ÇATMIŞDIR
Şuşa rayon mədəniyyət şöbəsindən AZƏRTAC-ın müxbirinə demişlər ki, Gənclər, İdman və Turizm Nazirliyinin istedadlı uşaqların üzə çıxarılması, onlara dövlət qayğısının artırılması, yaradıcılıqlarının inkişaf etdirilməsi, milli-mədəniyyət nümunələrimizin, adət-ənənələrimizin qorunub saxlanması məqsədi ilə keçirdiyi III Uşaq folklor musiqi festival-müsabiqənin rayon mərhələsi başa çatmışdır. 40-a yaxın uşaq musiqi alətlərində kollektiv ifa, kollektiv rəqs və tək ifa nominasiyalarında bacarığını nümayiş etdirmişdir. Zona mərhələsinə vəsiqə qazanmış qaliblər bir neçə gündən sonra Zəngilan və Xocalıdan, Sumqayıt şəhərindən, Bakının rayonlarından olan yaşıdları ilə yarışacaqlar.
Festival-müsabiqənin finalı martın 28-də keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:27]
Natəvanın şair qohumları ədəbi mühitə hansı töhfələri verib?
- 10.08.2026 [17:08]
Azərbaycanda ilk dəfə “AVAZ” Gənclərin Xor Düşərgəsi təşkil edilib
- 10.08.2026 [15:10]
Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış
- 10.08.2026 [14:55]
Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək
- 10.08.2026 [12:57]
Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva
- 10.08.2026 [12:53]
“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir
- 10.08.2026 [12:12]