Fevralda yüksək dağlıq ərazilərdə 24 dərəcə şaxta olacaq
Bakı, 31 yanvar, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, fevralda ölkə ərazisində havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimalı var.
Departamentdən AZƏRTAC-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 4-6° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 1-6° isti, bəzi günlərdə 2-7° şaxta, gündüzlər 8-13° isti, bəzi günlərdə 1° şaxtadan 4°-dək isti olacağı ehtimalı var.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 21-24 mm) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 1° şaxtadan 3°-dək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 2-7°, bəzi günlərdə 10-15°, dağlarda 16-20° şaxta, gündüzlər 5-10° isti, bəzi günlərdə 0-5° şaxta olacağı ehtimalı var.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 11-29 mm) olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 1° şaxtadan 3°-dək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 0-5°, bəzi günlərdə 10-15° şaxta, gündüzlər 5-10° isti, bəzi günlərdə 0-5° şaxta olacağı ehtimalı var.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 25-35 mm) olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 2-5° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 2° şaxtadan 3°-dək isti, bəzi günlərdə 5-10° şaxta, gündüzlər 8-13° isti, bəzi günlərdə 2° şaxtadan 3°-dək isti olacağı ehtimalı var.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 15-36 mm) olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında havanın orta aylıq temperaturunun 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 0-5°, bəzi günlərdə 8-13°, yüksək dağlıq ərazilərdə 19-24° şaxta, gündüzlər 7-12° isti, bəzi günlərdə 2° şaxtadan 3°-dək isti olacağı ehtimalı var.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 24-55 mm) olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 4-7° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 0-5° isti, bəzi günlərdə 2-7° şaxta, gündüzlər 10-15°, bəzi günlərdə 0-5° isti olacağı ehtimalı var.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 21-35 mm) olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 2-6° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 0-5° isti, bəzi günlərdə 2-7°, dağlarda 15-20° şaxta, gündüzlər 7-12°, bəzi günlərdə 0-4° isti olacağı ehtimalı var.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 44-105 mm) olacağı gözlənilir.