FHN: Ötən sutka ərzində beşi azyaşlı olmaqla 10 nəfər xilas edilib VİDEO
Bakı, 13 sentyabr, AZƏRTAС
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 21 halda yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində beşi azyaşlı olmaqla 10 nəfər xilas edilib. Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib. Həmçinin bir nəfərin cəsədi bağlı qapı arxasında aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.