FHN Türkiyəyə daha bir humanitar yardım göndərib FOTO
Gəncə, 10 fevral, Elcan Məmmədov, AZƏRTAC
Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) növbəti humanitar yardımları qardaş ölkəyə yola salıb.
FHN-in polkovniki Şəmsəddin Əmrahov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib ki, yardım paketinə 830 dəst çadır, 279 ədəd soba daxildir. Avtomobil karvanı mümkün qədər qısa vaxtda təyin olunan ünvana çatacaq.
Qeyd edək ki, Bakıdan gələn yardım karvanı Gəncədən keçməklə Bakı-Qazax-Gürcüstan magistral yolu ilə qardaş ölkəyə göndərilib. Yardım karvanı xüsusi təyinatlı 16 nəqliyyat vasitəsindən ibarətdir.