FHN yanında İctimai şuranın növbəti iclası keçirilib
Bakı, 17 iyul, AZƏRTAC
İyulun 17-də Fövqəladə Hallar Nazirliyi (FHN) yanında İctimai şuranın növbəti iclası olub.
Bu barədə AZƏRTAC-a nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə çıxış edən FHN-nin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Gündüz Həmzəyev İctimai şuranın qurumun fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi üçün faydalı mexanizm olduğunu, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə əlaqədar müvafiq rəy və təkliflərinin nəzərə alınacağını bildirib. G. Həmzəyev İctimai şuranın ictimaiyyətlə səmərəli əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib, şuraya fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra İctimai şura üzvlərinə vəsiqələr təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [19:57]
“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO
- 30.09.2026 [17:06]