FİFA RUSİYAYA DÜNYA ÇEMPİONATI ÜÇÜN CƏMİ 250 BİLET AYIRMIŞDIR
AZƏRTAC “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, FİFA Rusiya Futbol İttifaqına (RFİ) dünya birinciliyinin oyunları üçün cəmi 250 bilet ayırmışdır. Biletlərin ən ucuzu 100 avro, ən bahası 300 avrodur.
RFİ-nin mətbuat xidməti bildirmişdir ki, “biletlər artıq tamamilə paylanmışdır. Onlar sponsorlara, futbol veteranlarına verilmişdir. Almaniyaya doqquz məşqçi, habelə bir neçə azarkeş gedəcəkdir”.
RFİ rəhbəri Vitali Mutko FİFA-dan xüsusi dəvət almışdır. Futbol veteranları dünya çempionatına RFİ-nin hesabına, qalanları isə öz hesabına gedəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]