FİKİR VƏ SÖZ AZADLIĞI İNSANIN AYRILMAZ HÜQUQUDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, giriş sözü ilə çıxış edən ombudsman Elmira Süleymanova söz və mətbuat azadlığını müstəqilliyimizin ən böyük nailiyyəti adlandırmışdır.
O bildirmişdir ki, bu gün kütləvi informasiya vasitələrində ölkəmizdə demokratiyanın inkişafına xidmət edən yazılara, real gerçəkliyimizi əks etdirən həqiqi sözə, qərəzsiz, obyektiv informasiyaya böyük ehtiyac vardır. Həmin nəcib missiyanın həyata keçirilməsində media nümayəndələrinin, o cümlədən insan hüquq və azadlıqları mövzusunda yazan, araşdırmalar aparan jurnalistlərin fəal iştirakı, köməyi böyük əhəmiyyət kəsb edir.
Dəyirmi masada mətbuatla bağlı qurumların rəhbərləri, mütəxəssislər çıxış etmiş, arzu və təkliflərini bildirmişlər.
Sonda çıxışlar ətrafında müzakirələr aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:00]
Fələstinli səfir: Media etimadın möhkəmləndirilməsinə töhfə verə bilər
- 01.10.2026 [12:00]