Filarmoniyada “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert
Bakı, 1 noyabr, AZƏRTAC
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, konsertdə dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə gənc istedadlar - respublika və beynəlxalq müsabiqələr laureatları Nərgiz Əliyeva (piano) və Əbdüləli Hüseynli (piano) çıxış ediblər.
Solistlər dinləyicilərə R.Schumannın piano və orkestr üçün Konsertini (a-moll, op.54) və F.Lisztin “Ölülər rəqsi”, op.40 əsərini təqdim ediblər.
Qeyd edək ki, “Yeni adlar” müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə xidmət edən layihədir.