Floridada ABŞ və Ukrayna rəsmiləri arasında görüş keçirilir
Vaşinqton, 30 noyabr, AZƏRTAC
Tramp administrasiyasının yüksək vəzifəli rəsmiləri bu gün Floridada Ukrayna nümayəndə heyəti ilə görüşür.
AZƏRTAC-ın məlumatına görə, Rusiya-Ukrayna müharibəsinə son qoymaq və ABŞ-ın 28 maddəlik sülh planı istiqamətində müzakirə aparmaq məqsədilə keçirilən görüşdə ABŞ Dövlət katibi Marko Rubio, xüsusi elçi Stiv Uitkov və ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner iştirak edir. Ukrayna nümayəndə heyətinə Ukrayna Silahlı Qüvvələrinin baş qərargah rəisi Andrey Qnatov, xarici işlər naziri Andrey Sibiha və Təhlükəsizlik Şurasının sədri Rüstəm Umerov daxildir.
Görüş Moskvada Rusiya lideri Vladimir Putinlə Stiv Uitkof arasında gələn həftə keçirilməsi planlaşdırılan danışıqlar üçün zəmin yaradacaq.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]