“Ford” ABŞ hökuməti ilə hərbi sifarişlərlə bağlı danışıqlar aparır
Bakı, 30 aprel, AZƏRTAC
“Ford Motor Company” ABŞ hökuməti ilə hərbi sifarişlərlə bağlı danışıqlar aparır.
AZƏRTAC xəbər verir ki, bunu şirkətin baş icraçı direktoru Jim Farley deyib. Hazırda müdafiə sahəsinə aid layihələr üzrə ilkin müzakirələrin getdiyini bildirən Jim Farley detalları açıqlamayıb.
“The Wall Street Journal” nəşrinin yazdığına görə, ABŞ hökuməti “Ford Motor Company” və “General Motors” kimi istehsalçıları müdafiə sənayesinə daha çox cəlb etməyi planlaşdırır. Pentaqon onların istehsal güclərindən istifadə etməklə sursat ehtiyatlarını artırmaq niyyətindədir.
Qeyd edək ki, ötən rübdə “Ford” şirkəti gəlirlərini 6 faiz artıraraq 43,3 milyard dollara, xalis mənfəəti isə 2,5 milyard dollara çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]