Formula 2-də debüt edəcək “Van Amersfoort” komandasının ikinci pilotu müəyyənləşib
Bakı, 21 yanvar, AZƏRTAC
Cari il Formula 2 yarışında debüt edəcək “Van Amersfoort” komandasının ikinci pilotu müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Niderland təmsilçisi Amori Kordil ilə müqavilə imzalayıb. Belçikalı pilot 2022-ci il mövsümündə “Van Amersfoort” komandasının heyətində mübarizə aparacaq.
2021-ci ildə Formula 3-də çıxış edən pilot mövsümü xalsız başa vurub. A.Kordil “Van Amersfoort” komandasında britaniyalı pilot Ceyk Hyuz ilə birgə yarışacaq.
Qeyd edək ki, Formula 2 üzrə dünya çempionatının yeni mövsümü martın 20-də Bəhreyndə start götürəcək. Mövsümə noyabrın 20-də Əbu-Dabidə yekun vurulacaq. Mövsümün altıncı mərhələsinə Azərbaycan ev sahibliyi edəcək. Yarış iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək. Formula 2 yarışı yeni mövsümü rekord sayda - 14 mərhələdən ibarət olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:44]
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]