FÖVQƏLADƏ VƏZİYYƏT ZAMANI KÜTLƏVİ TƏDBİRLƏR KEÇİRMƏK OLMAZ
Milli Məclisdən AZƏRTAC-a bildirmişlər ki, “Fövqəladə vəziyyət haqqında” Qanunun qüvvəyə minməsi ilə əlaqədar “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna əlavələr ediləcəkdir. Respublika Prezidentinin qanunvericilik təşəbbüsü ilə bu sənədlə bağlı parlamentə göndərilən layihədə deyilir ki, fövqəladə vəziyyətin qüvvədə olduğu müddətdə onun tətbiq edildiyi ərazidə yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşləri və piketlərin keçirilməsinə qanunvericiliklə müəyyən edilmiş qaydada məhdudiyyət qoyula və ya onların keçirilməsi qadağan oluna bilər.
Bu dəyişiklik qanunun təkmilləşməsinə və fövqəladə vəziyyət zamanı ölkədə və yaxud da ayrı-ayrı regionlarda sabitliyin qorunmasına xidmət edir. Qanun layihəsi parlamentin müvafiq komissiyalarında baxılmış və Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]