“FRANKOFONİYA GÜNÜ”NƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
Azərbaycan Dövlət Neft Akademiyasında “Frankofoniya günü”nə həsr olunmuş görüş keçirilmişdir.
Akademiyanın prorektoru, professor Ramiz Hümbətov görüşü açaraq Prezident Heydər Əliyevin Azərbaycan-Fransa əməkdaşlığına daim böyük əhəmiyyət verdiyini vurğuladı. Natiq martın 11-də Fransa Prezidenti Jak Şirakın Yelisey sarayında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və Büro üzvü İlham Əliyevi qəbul etməsini, belə bir görüşün baş tutmasının iki ölkə arasında əlaqələrin möhkəmlənməsinin təzahürü kimi diqqətə çatdırdı. Eyni zamanda prorektor Frankofoniyanın tarixindən söhbət açaraq, onun dünyada demokratiyanın inkişafına və sülhün qorunmasına xidmət etdiyini, hazırda 600 milyondan çox insanın Frankofoniya hərəkatının iştirakçısı olduğunu söylədi.
Fransanın Bakıdakı səfiri Şantal Puare çıxış edərək Beynəlxalq Frankofoniya Cəmiyyətinin fəaliyyətindən danışdı. O, hazırda Azərbaycanda fransız dilinə böyük maraq yarandığını və burada 50-ə yaxın istinad məktəbinin olduğunu bildirdi, əməkdaşlığımızın daha da inkişaf edəcəyinə əminliyini vurğuladı.
Akademiyanın xarici dillər kafedrasının baş müəllimi Aliyə Səmədova fransız dilində çıxış edərək iki xalqın dostluğunun əhəmiyyətini diqqətə çatdırdı.
Tədbirdə tələbələrin ifasında fransız dilində şerlər səsləndi, səhnəciklər göstərildi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:27]
Natəvanın şair qohumları ədəbi mühitə hansı töhfələri verib?
- 10.08.2026 [17:08]
Azərbaycanda ilk dəfə “AVAZ” Gənclərin Xor Düşərgəsi təşkil edilib
- 10.08.2026 [15:10]
Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış
- 10.08.2026 [14:55]
Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək
- 10.08.2026 [12:57]
Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva
- 10.08.2026 [12:53]
“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir
- 10.08.2026 [12:12]