Fransa-Azərbaycan Alyansı İctimai Birliyi bu ölkədə yaşayan soydaşlarımız adından bəyanat yayıb
Paris, 9 aprel, AZƏRTAC
Fransada yaşayan azərbaycanlıların Fransa-Azərbaycan Alyansı İctimai Birliyi bu ölkədəki soydaşlarımız adından bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda Azərbaycanın bölgədə və dünyada etibarlı tərəfdaş və dinamik inkişaf edən ölkə imicinə malik olduğu bildirilir. Qeyd edilir ki, iqtisadi cəhətdən sabit inkişafı, siyasi müstəvidə gücünün artması, bir sıra nüfuzlu beynəlxalq təşkilatlara üzv olması, bu təşkilatlar tərəfindən mühüm tərəfdaş kimi tanınması, bir çox beynəlxalq səviyyəli konfranslara və sammitlərə ev sahibliyi etməsi ölkəmiz haqqında müsbət fikir və ətraflı məlumat formalaşmasının əsas mənbələridir. Təəssüf ki, aydın olmayan səbəblərdən Azərbaycanın müsbət imicinə xələl gətirməyə çalışan bəzi fərdlər fərqinə varmırlar ki, mənbəyi şübhəli olan çağırışlar yaymaqla beynəlxalq aləmdə ölkəmizin nüfuzuna zərər yetirmək istəyən qüvvələrə yardım edirlər. “Biz aprelin 11-də - Azərbaycan xalqının müqəddəratının həll edildiyi gün, onları Vətənimizin parlaq gələcəyi naminə doğru seçim etməyə çağırırıq”, - deyə bəyanatda qeyd olunur.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]