Fransa Formula 4-ün qalibi “Red Bull”un gənclər proqramında iştirak edəcək
Bakı, 13 yanvar, AZƏRTAC
Fransa Formula 4-ün qalibi Ayumu İvasa “Red Bull”un gənclər proqramında iştirak edəcək.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 19 yaşlı yaponiyalı pilot 2017-ci ildə Asiyanın Formula “Renault” yarışında debüt edib.
2018-ci ildə Ayumu Yaponiyanın Formula 4 yürüşlərində yalnız iki yarış keçirsə də, xal qazana bilib. Mövsümün geri qalan hissəsində “Suzuka Racing School” tərəfindən təşkil edilən yarış seriyasında mübarizə aparıb və burada titul qazanıb. Keçən il “Honda”nın dəstəyi ilə yaponiyalı sürücü Fransaya köçüb. Doqquz qələbə və 15 podiumla Fransa Formula 4-ün çempionu olan sürücü bu il karyerasını Formula 3-də davam etdirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]