Fransa gimnastı: Bakıda çox gözəl idman arenası var
Bakı, 14 aprel, AZƏRTAC
Bakıda gimnastlar üçün əla şərait yaradılıb. Şəhərin özü çox xoşuma gəldi. Bakıda çoxlu maraqlı yerlər var.
Bunu AZƏRTAC-a müsahibəsində gənc fransız idmançı Jade Beyruti batutda sinxron tullanma üzrə təsnifat yarışlarından sonra deyib.
“Burada olmaq mənim üçün çox xoşdur. Azərbaycan Gimnastika Federasiyası turniri yüksək səviyyədə keçirir, təşkilati işlər əladır. Bundan başqa, Bakıda çox geniş sahəsi olan gözəl arena var, işıqlandırma mükəmməldir. Ümumiyyətlə, burada çıxış etmək sadəcə zövq verir”, - deyə fransız gimnastı əlavə edib.
Xatırladaq ki, Bakıda batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatı keçirilir. Yarışlarda 25 ölkədən 400 gimnast iştirak edir. Onlar həm gənclər, həm də böyüklər arasında Avropa çempionu titulu uğrunda mübarizə aparırlar. Turnirin ilk iki günü bütün növlər üzrə təsnifatlar və komanda hesabında finallara, son iki günü isə sinxron tullanma üzrə təsnifatlar və bütün növlərdə finallara həsr olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]
Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər
- 02.10.2026 [10:09]
Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib
- 02.10.2026 [10:03]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq
- 02.10.2026 [09:50]