FRANSA PREZİDENTI MÜSƏLMAN QƏBRLƏRİNİN TƏHQİR EDİLMƏSİNİ PİSLƏMİŞDİR
İyun ayının 13-də gecə vaxtı Strasburqda müxtəlif millətlərin nümayəndələrinin dəfn edildiyi Menu qəbristanlığının müsəlman hissəsində 60 mysəlman qəbri dağıdılmış, bəzi baş daşlarının üzərində seltik və faşist xaçları çəkilmiş, «xaricilər Fransadan çıxın» və bölgədəki müsəlman icmasının başçısını hədələyən sözlər yazılmışdır.
Fransa prezidenti Jak Şirak Strasburqdakı qəbristanlıqda müsəlman qəbrilərinin dağıdılmasını dözülməz hərəkət olduğunu bildirmiş və «bütün bu kinli hərəkətlər, zorakılıqlar və təcavüzlər bizim prinsiplərimizə , ideyalarımıza və dəyərlərimizə təmamilə ziddir» deyə bu hadisəni pisləmişdir.
Daxili işlər naziri Dominik dö Vilpən hadisə yerində olmuş və bu hərəkəti törədənlərin tezliklə tapılaraq ölkənin qanunları ilə mühakimə olunacaqlarını bildirmişdir.