Fransa sahillərində delfinlərin rekord tələfatı qeydə alınıb
Bakı, 29 mart, AZƏRTAC
2019-cu ilin ilk üç ayı ərzində Atlantik okeanından Fransa sahillərinə 1100 delfin cəsədi atılıb.
AZƏRTAC France 24 telekanalına istinadla xəbər verir ki, “La Rochelle” Milli Elmi Tədqiqat Mərkəzinin məlumatına əsasən, bu, son 40 ilin ən yüksək göstəricinin qeydə alındığı ötən illə müqayisədə rekord tələfat halıdır.
Ekspertlər bu dəniz heyvanlarının kütləvi tələfatını balıqçılıq sənayesi ilə əlaqələndirirlər. Eyni zamanda, heyvanların müdafiəsi hərəkatının fəalları Fransanın Ekologiya Nazirliyindən delfinlərin xilası üzrə milli təşəbbüsün tətbiqini tələb edirlər.
Mütəxəssislər aşkarlanan delfinlərin 90 faizinin balıqçı torlarına düşən zaman aldıqları zədələr nəticəsində öldüklərini bildirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]